Icma.az
close
up
RU
Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır AZƏRTAC

Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 noyabr, AZƏRTAC

Şəkərli diabet endokrin sisteminin xəstəliyidir və el arasında şəkər xəstəliyi də adlanır. Mədəaltı vəzinin hormonu olan insulin qanda şəkərin səviyyəsini nəzarətdə saxlayır. Bu hormonun çatışmazlığı olduqda və yaxud hüceyrələrimizin bu hormona həssaslığı azaldıqda qan şəkəri uzun müddət yüksək səviyyədə qalır və şəkərli diabet xəstəliyi yaranır. Susuzluq və ağızda quruluq, tez-tez və gecə sidiyə getmə, normadan çox yemə, daimi aclıq hissi, gec sağalan yaralar, sürətli çəki itkisi və ya piylənmə şəkərli diabetin ən çox rast gəlinən əlamətlərindəndir. Bu əlamətlərdən biri və ya bir neçəsi hiss edildikdə həkim endokrinoloq və ya həkim terapevtin baxışı mütləqdir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə ixtisaslı həkimin müayinəsi, diaqnozun dəqiqləşdirilməsi və vaxtaşırı nəzarət üçün laborator və funksional diaqnostik müayinələr, eləcə də ağırlaşamalar zamanı stasionar yatış daxildir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şəkərli diabet xəstələrinə qlikemik profil, qlikohemoqlobin, qanın ümumi və biokimyəvi analizi (zülal, xolesterin, bilirubin, triqliserid, ALT, AST, sidik cövhəri, kreatinin, K, Na, Ca), elektrokardioqramma kimi müayinələrdən keçmək tövsiyə olunur.

Həmçinin, xəstəxanada yatış müddətində təyin edilmiş laborator və instrumental müayinələr, istifadə olunan dərman və tibbi sərf, manipulyasiyalar, qidalanma icbari tibbi sığorta hesabına qarşılanır.

Vətəndaşlar Xidmətlər Zərfi ilə təminata alınmış sözügedən müayinələrdən tibbi göstərişə əsasən və ixtisaslı həkim təyinatı ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarında yararlana bilərlər.

Qeyd edək ki, irsi meyillilik, autoimmun xəstəliklər-immun sistemi pozuntuları, infeksion xəstəliklər, düzgün qidalanmamaq, bəzi hormonal dərmanların uzunmüddətli istifadəsi, piylənmə, xroniki stres, xolesterin yüksəkliyi, hərəkət fəallığının az olması, mədəaltı vəzi xəstəliyi, ateroskleroz kimi xəstəliklər şəkərli diabetin yaranma ehtimalını artırır.

Şəkərli diabetin növləri 1-ci və 2-ci tip diabetdir. Tip1 diabet əsasən uşaqlıq və yeniyetməlik dövründə ortaya çıxır, mədəaltı vəzi tərəfindən insulin ifrazının kifayət qədər olmaması səbəbilə yaranır. Bu tip diabet xəstələrinin insulin qəbulu mütləqdir. Tip2 diabet isə əsasən 35 yaşdan yuxarı şəxslərdə yaranır. Artıq çəkili, az hərəkət edən və əsasən irsiyyətində şəkər xəstəliyi olan şəxslərdə rast gəlinir.

Qan şəkəri uzun müddət yüksək həddə qaldıqda, əsasən ürək-damar, sinir sistemi, gözlər və böyrəklərdə patologiyalar yarana bilir. Şəkərli diabet xəstələri ağırlaşmaların qarşısını almaq məqsədilə qanda şəkərin səviyyəsini mütəmadi nəzarətdə saxlamalıdırlar. Sağlam qidalanmaq, tərkibində şəkər və yağlar olan qidalardan, spirtli və şirin içkilərdən az istifadə etmək və fiziki aktiv həyat tərzi keçirmək tövsiyə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see138

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see130

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see124

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see116

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see114

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see113

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see112

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see112

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see111

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see109

Rusiya Trampın ultimatumu qarşısında geri çəkilməyəcək KONKRET

16 İyul 2025 22:35see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri