Icma.az
close
up
RU
Şəkərli diabeti olan şəxslərdə bu xəstəliyin müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Şəkərli diabeti olan şəxslərdə bu xəstəliyin müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəkərli diabet yalnız qanda şəkərin yüksəlməsi ilə deyil, həm də bir sıra ağır fəsadlarla nəticələnə bilər. Bu fəsadlardan biri də diabetik retinopatiyadır. Bu, gözün torlu qişasında (retinada) baş verən və vaxtında aşkar olunmadıqda daimi görmə itkisi ilə nəticələnə bilən ciddi göz xəstəliyidir.

Şəkərli diabet aşkarlandığı zaman xəstələr ildə bir dəfə göz müayinəsindən keçməlidirlər. Əgər şəkərə bağlı göz zədələnməsi aşkarlanarsa göz müayinəsinin tezliyi həkim məsləhətinə uyğun aparılmalıdır. Şəkərli diabet xəstələrində oftalmoloji müayinə görmə itiliyi, gözdaxili təzyiqin ölçülməsi, göz almasının ön kəsiyinin müayinəsi və göz dibi müayinəsindən ibarətdir. Şəkərə bağlı göz dibi zədələnmələri aşkarlanarsa, OCT (Optik koherent tomoqrafiya) və FFA (Fundus Fluorescein Angiography) müayinələri təyin olunur. Şəkərə bağlı göz zədələnmələrinin müalicə üsulları isə Anti-VEGF preparatlar ilə göz dibi inyeksiyaları və Lazer fotokoaqulyasiyadır. Lakin bu müalicə üsulları yalnız zamanında aşkarlanmış və nəzarət altına alınmış hallarda effektiv olur. Ən ağır hallarda Pars Plana Vitrektomiya (PPV) əməliyyatı icra olunur. Sözügedən bütün müayinə və müalicə üsulları icbari tibbi sığorta ilə qarşılanır. Qeyd edək ki, stasionar xidmət zamanı dərman və tibbi sərfiyyat da icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Qeyd edək ki, 2024-cü il ərzində diabetik retinopatiyanın müalicəsi üçün 1600-dən çox tibbi xidmət göstərilib.

İcbari tibbi sığorta ilə sadalanan tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) göndəriş əsasında icra olunur.

Diabetik retinopatiya diabet xəstələrinin təxminən 30-40%-ində müşahidə olunur və xüsusilə qan şəkərinə nəzarət zəif olan şəxslərdə daha sürətlə inkişaf edir. Xəstəlik, retina damarlarının zədələnməsi ilə başlayır və zamanla makulyar ödem (mərkəzi görməyə cavabdeh sahədə maye toplanması), qansızma ocaqları (mikroanevrizmalar və retinal qanaxmalar), vitreus hemorragiyası (gözün içini dolduran şəffaf mayeyə qan axması) və ən ağır halda isə traksional retina qopması ilə nəticələnə bilər. Traksional retina qopması proliferasiya etmiş damarların və çapıq toxumasının torlu qişanı dartaraq qopardığı ağır fəsaddır.

Məlumat üçün bildirək ki, xəstəliyin ilk mərhələlərində heç bir simptom olmaya bilər. Bu səbəbdən ağırlaşmaların qarşısını almaq üçün vaxtında edilən müayinələr həyati önəm daşıyır. Şəkərli diabet xəstələri qan şəkərinə ciddi nəzarət etməli, siqaretdən uzaq durmalı və həkim nəzarətini ertələməməlidirlər. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 02 Sentyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri