“Şəki” klubunun rəhbərliyi yeni il qabağı futbolçuları sevindirib
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Klubun bizə və futbolçulara olan bütün borcları ödənilib. Hər şey qaydasındadır. Bir həftə sonra rəhbərliklə iclasdan sonra ümumi toplantı keçiriləcək. O zaman bütün məsələlərə aydınlıq gələcək”.
İdman.Biz xəbər verir ki, bu sözləri futbolinfo.az saytına açıqlamasında İkinci Liqa təmsilçisi “Şəki”nin baş məşqçisi Elvin Həsənov deyib.
İki aydan çox müddətdə maaşların verilməməsi səbəbindən çempionatın 13-cü turunda “Qaradağ Lökbatan”la oyuna çıxmayaraq texniki məğlubiyyət alan klubun baş məşqçisi ödənişlərin tam həyata keçirildiyini bildirib. Həsənov əsas hədəfin artıq Birinci Liqaya yüksəlmək olduğunu vurğulayıb:
“Plan hazırlayıb ona uyğun hərəkət edəcəyik. Ümid edirəm ki, qarşıdakı dövrdə hər şey yoluna düşəcək. Bu heyəti qoruyub saxlamağa çalışacağıq, yalnız bir neçə dəyişiklik edəcəyik. Futbolçularımıza təkliflər var, amma əsas heyəti saxlamaq niyyətindəyik. Məqsədimiz I Liqaya yüksəlməkdir. İnanıram ki, geridönüş edərək komandanı yenidən iddialılar sırasına qaytara biləcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 28 Dekabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















