Icma.az
close
up
RU
Şəki nin basketbolçusu: Təklifdən 1 həftə əvvəl Amazon un anbarında işə başlamışdım

Şəki nin basketbolçusu: Təklifdən 1 həftə əvvəl Amazon un anbarında işə başlamışdım

Icma.az, Idman.biz saytına istinadən bildirir.

"Şəki" klubunun basketbolçusu Coş Robinson klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər həmin müsahibəni təqdim edir.

– İlk peşəkar karyeranıza Azərbaycanda başladınız. Bu necə baş verdi, ailəniz bunu necə qarşıladı?

– ABŞ-də kolleci bitirdikdən sonra bir anbarda işləyirdim. Bir gün menecerim mənə zəng vurdu ki, mənimlə maraqlanan var. Baş məşqçi mənə müqavilə bağlamaq təklif edirdi. Birinci dəfə bunu eşidəndə şoka düşdüm. Çünki təklif gec gəlmişdi, hazırlıqsız idim. Ancaq mən işdən çıxaraq hər gün hazırlaşmağa başladım. Ailəm və işdəkilər də bunu eşidəndə mənə görə çox şad oldular. Baş məşqçiyə (Bedri Meriçi nəzərdə tutur – red.) belə müqavilə təklif etdiyinə görə minnətdaram.

– Anbarda işlədiyinizi dediniz. Bir qədər izah verərdiniz...

– Təklifdən 1 həftə əvvəl "Amazon" şirkətinin anbarında işə başlamışdım.

– Müqavilə təklifi gələndə ölkə və çempionat haqda nəyi bilməyi istədiniz?

– Dil baryerinin olacağından narahat idim. Çünki bilirdim ki, burada ingiliscə danışmırlar. Çempionat haqda isə bir az məlumat əldə etmişdim. Çünki ötən mövsüm "Sumqayıt"da oynamış dostum mənə məlumat vermişdi. O deyirdi ki, mən Azərbaycanda oynamaqdan həzz aldım və çox şey öyrəndim.

– Doğrudan? Kimdir o?

– Tayri Rendall. Biz kollecdə olanda bir-birimizə qarşı rəqib olmuşuq. Eyni liqada oynamışıq.

– 24 yaşınızı Sumqayıtdan qayıdarkən Hacıqabul rayonundakı restoranda qeyd etdiniz. Bundan öncə ailəniz olmadan, tanımadığınız bir bölgədə ad günü keçirmişdiniz?

– Bəli, ilk idi. Çox fərqli bir hiss yaşadım. Ancaq komanda yoldaşlarım evdəkinə bənzər atmosfer yaratmağa çalışdılar. Biz həmin "Sumqayıt" üzərində qələbə qazanıb Şəkiyə qayıdırdıq.

– Şəkiyə necə uyğunlaşa bildiniz? Sizin şəhərlə Şəki arasında fərqlilik nədədir?

– Adaptasiya çox asan keçdi. Düzdür, Şəki Bakı kimi böyük deyil. Ancaq Şəkidə də mənim ehtiyacım olduğum hər şey var və sakinləri mehribandır. Yaşadığım Dallas isə Texas ştatının ən böyük şəhəridir və Şəkidən çox fərqlənir. Ancaq orada Şəkidəki kimi dağlar və bu kimi təbiət mənzərəsi yoxdur.

– Bilirəm ki, Terens Hanter-Vitfild özü ilə "pley steyşn" gətirib. Bəs siz boş vaxtlarınızda nə işlə məşğulsunuz?

– Mən də adətən "pley steyşn" oynayıram. Bir də gecələr MBA oyunlarına baxıram.

– Keçək basketbola. Cari mövsüm çempionatda cəmi 4 dəfə məğlub olmuşuq. Komandanın gücünü nədə görürsünüz?

– Məncə, komandamız çox sürətlidir və bir kollektiv kimi güclüyük. Komandamızda qələbə qazanmağa kömək edəcək çox oyunçu var. Baş məşqçi də bizə yaxşı müdafiə olunmağı izah edə bilir. Əgər komandada mövsüm ərzində hamı sağlam olsaydı və zədəli oyunçumuz olmasaydı, indi cəmi 1 məğlubiyyətimiz vardı.

– Sabah "Gəncə" ilə oyunda qalib gəlsək, yarımfinala çıxıb tarixə düşəcəksiniz. Biz bu şəhərdə onlara qalib gələ bilməmişik...

– Fikrimcə, ribaundlar hesabına və onların hücumlarının qarşısını almaqla qalib gələ bilərik. İnanıram ki, Gəncədə onları məğlub etməyimiz üçün motivasiyamız var və onları məğlub edəcəyik.

– Siz oyun vaxtı çox emosional olursunuz. 2 dəfə komanda yoldaşlarınızla oyun vaxtı mübahisəniz düşüb. Bu nə ilə bağlıdır?

– Bu, basketbolun bir hissəsidir. Hamımız bir-birimizdən ən yaxşı oynamağı gözləyirik. Belə olmadığını hiss etdikdə, belə xırda mübahisələr olacaq. Hamımız kişiyik. Komandaya sadiq olsaq, heç kim belə problemlə üzləşməz.

– 8 mart sizin üçün özəl gün olmalıdır. Çünki məhz bu gündə XVII turun "Quba" ilə oyunundan sonra peşəkar karyeranızda ilk dəfə MVP seçildiniz. Daha sonra XIX turda "Gəncə"yə qarşı nəticənizi daha da yaxşılaşdırdınız. Hər iki matçda "dabl-dabl" da etdiniz. Maraqlıdır ki, MVP olmağınız Aleks Koldvell komandadan getdikdən sonra baş verdi. Niyə əvvəl bu qədər seçilmirdiniz?

– Düşünürəm ki, Aleks komandadan ayrıldıqdan sonra daha çox oyuna qoşulmalı oldum. O, kapitanımız idi və komanda üçün çox şey ifadə edirdi. Ona görə də o getdikdən sonra komandaya kömək etmək üçün addım atmalı və daha böyük rol almalı olduğumu hiss etdim.

– Gələcəkdə bu uğurlu çıxışınız Avropanın top liqalarından birində çıxış etməyiniz üçün nə qədər uğurlu ola bilər?

– Bu, bir plandır. Məncə, gözəl mövsüm keçiririk və komandaya çox kömək edirik. Ümid edirəm ki, çıxışımla növbəti mövsüm top Avropa liqasında oynamaqla mükafatlandırılaram.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Aprel 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri