Icma.az
close
up
RU
“Şəki qış mövsümündə də öz cəlbediciliyini qorumağa davam edir” Şahin Məlikov

“Şəki qış mövsümündə də öz cəlbediciliyini qorumağa davam edir” Şahin Məlikov

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın şimal-qərb bölgəsinin ən baxımlı və turist axınının yüksək olduğu məkanlarından biri olan Şəki qış mövsümündə də öz cəlbediciliyini qorumağa davam edir. Mədəni irsi, tarixi abidələri və təbiət gözəllikləri ilə seçilən rayon həm yerli, həm də xarici turistlər üçün geniş imkanlar təqdim edir.

Metbuat.az xəbər verir ki, bu barədə Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov qış turizmi potensialına həsr olunan media-tur zamanı məlumat verib.

O bildirib ki, Şəki yalnız mədəni-tarixi zənginliyi ilə deyil, həm də aqroturizm və ekoturizm sahələrində böyük perspektivlərə malikdir:

Rayonda fəaliyyət göstərən “Bio Garden” aqro-ekoturizm təsərrüfatı bu sahədə mövcud imkanların parlaq nümunəsidir.

Bu məkan elə layihələndirilib ki, turistlər ilin bütün fəsillərində xidmətlərdən yararlana bilsin. Layihənin əsas məqsədi kənd təsərrüfatını turizmə inteqrasiya etməkdir.

Şəki Regional Turizm İdarəsinin əhatə etdiyi digər rayonlarda - Oğuz, Qax, Zaqatala və Balakəndə də bu tip turizm məkanlarının sayı artır. Bu isə regionun turistlər üçün daha da cazibədar olmasına şərait yaradır”.

İdarə rəhbəri əlavə edib ki, turistlərin məlumatlandırılması və xidmət keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir:

“Turistik xəritələr hazırlanır, yerləşmə obyektlərində xidmət keyfiyyətinin yüksəldilməsi üçün təlimlər təşkil olunur. Regionun tanıdılması üçün media turlar da mütəmadi keçirilir.

Növbəti illərdə də Şəki və ətraf rayonların turizm mərkəzi kimi inkişafı istiqamətində işlər genişləndiriləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 Dekabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri