Şəki Zaqatala bölgəsində şagirdlərə 363 min nüsxədən çox dərslik paylanılacaq
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Şəki, 10 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərə 2025-2026-cı tədris ili üçün nəzərdə tutulmuş dərsliklərin paylanılmasına başlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Qurumun əməkdaşı bildirib ki, şagirdlər və onların valideynləri dərslikləri əldə etmək üçün müvafiq dövlət ümumi təhsil müəssisəsinə müraciət edə bilərlər.
Şagird və valideynlərin nəzərinə o da çatdırılır ki, mövcud qaydalara görə dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 257 adda 363 min 228 nüsxə dərslik təhsil müəssisələrinə paylanılması üçün çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 10 Sentyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















