Şəkidə ananın ölümünə nə səbəb olub?
Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şəkidə ananın doğuşdan sonra ölümünün ilkin səbəbi açıqlanıb.
TƏBİB-dən bildirilib ki, fevralın 14-də 1998-ci il təvəllüdlü qadın Şəki Perinatal Mərkəzə müraciət edib.
Ona "38 həftəlik hamiləlik, uşaqlıq üzərində iki çapıq" diaqnozu qoyulub və həmin gün saat 11:50-də cərrahi yolla doğuş prosesi icra olunub, sağlam körpə dünyaya gəlib.
Bildirilib ki, bir gün sonra günorta saatlarında qadının halı pisləşib, boğulmadan şikayət edib. Dərhal Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən pasiyentə təxirəsalınmaz reanimasiyon tədbirlər göstərilib. Həkimlərin çoxsaylı xilasetmə cəhdlərinə baxmayaraq, saat 14:15-də qadının ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 17 Fevral 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















