Səkidə yıxıldığına görə, şəhəri məhkəməyə verdi 7,5 milyon dollar qazandı
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
ABŞ-də səkidə yıxılan qadına 7,5 milyon dollar təzminat ödənilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yıxıldığına görə ağır xəsarətlər alan Justine Gurrola Whittier şəhərini məhkəməyə verib.
O, ağac köklərinin səbəb olduğu qeyri-bərabər bir səthə yıxıldığını iddia edib. Məhkəmə sənədlərinə görə, o, bilək, dirsək və burnundan, o cümlədəm diz, boyun və kürək nahiyəsindən xəsarət alıb. Həkimlər ona yüngül beyin travması və bu günə qədər də davam edən xroniki ağrı diaqnozu qoyublar.
Məhkəmə bir neçə həftə davam edib. Bundan sonra münsiflər heyəti yekdilliklə Whittier şəhərini hadisəyə görə tam məsuliyyətə cəlb edib. Qadının vəkili qeyd edib ki, şəhər rəsmiləri illərdir sakinlərin zədələnmiş səkilərlə bağlı şikayətlərinə məhəl qoymayıb, effektiv yoxlama və təmir protokollarını həyata keçirməyib.
Bunun fonunda məhkəməni qazanan müəllim 7,5 milyon dollar təzminat alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 27 Oktyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















