Səkidə qanunsuz parklama işləri dayandırıldı KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının mərkəzi küçələrindən birində parklama yerinin yaradılması ilə bağlı qanunsuz tikintinin qarşısı alınıb.
KONKRET.az-a bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Bildirib ki, Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yanvarın 10-da Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 80D ünvanına baxış keçirilib və ərazidə səkinin zəbt edilərək avtomobil dayanacağına çevrilməsi faktı aşkarlanıb.
Sözügedən ünvanda parklanma yerinin yaradılmasının qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmadığını qeyd edən qurum əlavə edib ki, Baş İdarə tərəfindən işlər dayandırılaraq səkinin bərpası və ictimai ərazinin vətəndaşların istifadəsinə qaytarılması ilə əlaqədar aidiyyəti orqanlara məktublar ünvanlanıb, müvafiq göstərişlər verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 10 Yanvar 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















