Icma.az
close
up
RU
Şəkidəki xəstəxanadan ŞİKAYƏT “Tibbi yardım göstərilmədiyi üçün oğlum HƏYATINI İTİRDİ” FOTO

Şəkidəki xəstəxanadan ŞİKAYƏT “Tibbi yardım göstərilmədiyi üçün oğlum HƏYATINI İTİRDİ” FOTO

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəkinin ucqar kənd sakinləri çıxılmaz vəziyyətdə qalıb. 

Şəki rayon mərkəzindən 40-45 km ucqarda yerləşən 15 çarpayılıq Aşağı Göynük kənd xəstəxanası ən müasir tibbi avadanlıqlar və həkim heyəti ilə təmin olunub. Bu xəstəxana son bir neçə ilə kimi sakinlərin sözün əsl mənasında tibbi sağlımlığının keşiyində dayanıb. Xəstəxananın həkim və tibbi heyəti olduğu halda artıq bir müddətdir ki, sakinlər burada nəinki müalicə ala bilir, heç ilkin tibbi xidmət belə göstərilmir.
 Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 2013-cü ildə Şəkinin 10-dan artıq yaşayış məntəqəsini əhatə edən Göynüklər kəndi ərazisində müasir tələblərə cavab verən xəstəxana inşa olunub. Burada 50 min əhaliyə tibbi xidmətin göstərilməsi nəzərdə tutulurdu. Sakinlərin sözlərinə görə bu müddətdə onlara hər cür tibbi xidmətlər göstərilib. Lakin son aylar bəzi tibbi xidmətlər dayandırılıb ki, bu da onlara ciddi problemlər yaradır. 

Kənd sakini Hikmət Yusifovun evində üç əlil şəxs var.
Onun özü də xəstəlikdən əziyyət çəkir. Bizi evinə dəvət edən Hikmət Yusifov iki oğlunun və övladlarının anasının uzun illərdi yataq xəstəsi olduğunu əyani göstərməklə qarşılaşdıqları çətinliyə diqqəti çəkir. Belə ki, əvvəllər evdəki xəstələrinə kənd həkimləri, tibb bacıları vaxtında gəlib ilkin tibbi yardım göstərə, müalicələr təyin edib həyata keçirirdilərsə, artıq bu məsələ müşkülə çevrilib. 
“Mənim üç əlilim var, 1-ci qrup. Bir ana, iki bala. Ana 2018-ci ildə iflic oldu, daha durmağa halı olmadı. Ana 8 əməiyyatdan çıxıb. Özüm də yenicə əməliyyat olunmuşam. Mən əlil uşaqlarımı xəstələnəndə götürüb evdən harasa apara bilmirəm, onlara daim iynə-dərman lazımdı. İstərdim ki, əvvəlki kimi xəstəxanamızda işlər bərpa olunsun, həkim və tibb bacıları rahatlıqla gəlib-getsinlər”.

Hikmət Yusifov ucqarda yaşayan insanların maddi vəziyyətini nəzərə almağın vacib olduğunu da əlavə edib.
Digər kənd sakini Sabir Asvarov deyir ki, gənc oğlunu gecə saatlarında xəstəxanaya gətirsə də, ona da həkimlər ilkin tibbi yardım göstərməyib. Məcbur olub Şəki şəhərinə aparmalı olublar. Təcili Yardım briqadası da gecikdiyindən oğlu yoldaca keçinibmiş. 
Sakinlər xəstəxananın hər cür tibbi avadanlıqlarla təchiz edildiyini, həkim və tibbi heyətin də yetərincə professional olduğunu bildirir.

Öyrənirik ki, xəstəxananın kabinetlərindən 5-i terapevt, 5-i uşaq şöbəsi, 5-i isə doğuş şöbəsinə aiddir. Həmçinin xəstəxanada yeni stomatoloji kabinet və müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya mövcuddur.
Birinci qrup Qarabağ əlili Məcnun Əhmədov ilkin tibbi yardım göstərilməsi üçün hər gün Təcili Tibbi Yardıma müraciət etdiyini lakin ucqarda yaşadıqlarından hər dəfə müraciəti qəbul edilmədiyini diqqətə çatdırır: 
“Ölkə başçısı bizdən ötrü müasir bir xəstəxana tikib. İki ayağım protez olduğu üçün gedib-gəlməyə imkanım yoxdu. 20 manat oyana, 20 manat da bu yana, mən hardan alım, necə verim?”, - deyə o, bildirib.

Sakinləri narahat edən məsələ ilə bağlı TƏBİB-ə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, Aşağı Göynük kənd xəstəxanası 2020-ci ildən İcbari Tibbi Sığortaya keçidlə əlaqədar olaraq Aşağı Göynük həkim məntəqəsi kimi fəaliyyətini davam etdirib. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik Hüquqi Şəxsin 27 dekabr 2023-cü il tarixli əmri ilə təsdiqlənmiş struktur və ştat cədvəlinə əsasən 15 yanvar 2024-cü il tarixdən Aşağı Göynük kənd həkim məntəqəsi İlkin Səhiyyə Xidməti (İSX) şöbəsinin Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzinin bölməsi adlandırılıb. Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzi bölməsində hal-hazırda İlkin Tibbi Sanitariya Yardımı xidmətləri zərfinə müvafiq olaraq 35 adlı xidmət həyata keçirilir.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Mart 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see368

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see252

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see166

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see152

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see141

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see140

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri