Icma.az
close
up
RU
Kremli dəhşətə gətirən anons: Ermənilərlə bağlı çağırış edildi Bakı da dəstəkləyir

Kremli dəhşətə gətirən anons: Ermənilərlə bağlı çağırış edildi Bakı da dəstəkləyir

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas İttifaqa üzv ölkələrin xarici işlər nazirlərinin dekabrın 15-də keçirilən iclasında Ermənistanı müzakirə edəcəklərini açıqlayıb.

“Gələn il Ermənistanda seçkilər keçiriləcək. Bu gün həmin məsələ ilə bağlı İrəvana necə kömək göstərə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan xarici müdaxilələrin qarşısının alınması mövzusunda bizdən kömək istəyib”, – Kallas bildirib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Ermənistandakı seçkilərlə bağlı açıqlaması sıradan diplomatik bəyanat deyil. Bu, həm zamanlama baxımından, həm də məzmun etibarilə Aİ-nin Cənubi Qafqazda artan geosiyasi narahatlıqlarının açıq ifadəsidir. Onuda deyim ki, K.Kallas daha öncə də 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiyanın bu ölkədə dezinformasiya kampaniyasını gücləndirdiyini iddia etmişdi. Kallas faktiki olaraq etiraf edir ki, Ermənistan qarşıdan gələn seçkilər ərəfəsində xarici müdaxilə riskini real təhlükə kimi görür.

Prinsip etibarilə, Kallasın narahatlığı əsaslıdır. Rusiya son zamanlar Ermənistanda baş nazir Nikol Paşinyan hakimiyyətinin Qərbə doğru meyillənən siyasətindən ciddi şəkildə narazıdır. Paşinyanın Avropa İttifaqı ilə siyasi yaxınlaşmanı dərinləşdirməsi, təhlükəsizlik məsələlərində Moskvanın rolunu açıq şəkildə sorğulaması və ən əsası, Ermənistanda kilsə və müxalifət dairələrinə qarşı atdığı addımlar Kreml tərəfindən Cənubi Qafqazdakı ənənəvi təsir mexanizmlərinə zərbə kimi qəbul edilir. Rusiya üçün Ermənistan təkcə müttəfiq deyil, həm də regionda son dayaq nöqtələrindən biridir. Bu dayağın zəifləməsi isə Kremlin strateji planlarını alt-üst edir.

Moskvanın seçkiöncəsi və sonra planı

Bu baxımdan, Rusiyanın seçkilərə müdaxilə ehtimalı kifayət qədər yüksəkdir. İlk mərhələdə Moskvanın məqsədi özünə loyal siyasi qüvvələrin hakimiyyətə gəlməsini təmin etmək olacaq. Bu mümkün olmasa, daha tanış ssenari işə düşə bilər: seçki sonrası proseslərin legitimliyini şübhə altına almaq, kütləvi etirazları stimullaşdırmaq və ölkə daxilində siyasi xaos yaratmaq. Belə bir model Rusiya üçün yeni deyil və postsovet məkanında dəfələrlə sınaqdan çıxarılıb.

Məhz bu kontekstdə Avropa İttifaqının Ermənistana dəstəyini artırmaq istəyi anlaşılandır. Çünki hazırkı mərhələdə Paşinyanın hakimiyyətdə qalması təkcə Ermənistan üçün deyil, həm də Aİ, Türkiyə və Azərbaycan üçün daha sərfəli hesab olunur. Paşinyanın qələbəsi onun daxili siyasi mövqelərini gücləndirəcək. Bu, bir neçə istiqamətdə konkret nəticələr verə bilər:

1.Türkiyə ilə normallaşma prosesinin sürətlənməsi;

2.Avropa İttifaqı ilə inteqrasiyanın dərinləşməsi;

3.Azərbaycanla danışıqların davam etdirilməsi, hətta sülh sazişinin imzalanması perspektivi.

Sadalananların reallaşması Rusiyanın Cənubi Qafqazdakı ənənəvi regional siyasətinin faktiki olaraq iflasa uğraması deməkdir. Moskva məhz bu səbəbdən prosesə müdaxilə etməyə çalışacaq. Kaya Kallasın açıqlaması da əslində mövcud reallığın Avropa səviyyəsində qəbul edildiyini göstərir. Aİ anlayır ki, Ermənistanda seçkilərin taleyi təkcə bir ölkənin daxili məsələsi deyil, bütövlükdə regionun geosiyasi istiqamətini müəyyənləşdirəcək əsas faktorlardan biridir.

Fikrimcə, Kallasın mövqeyi sadəcə ehtiyatlı xəbərdarlıq deyil, Rusiyanın mümkün təsir cəhdlərinə qarşı qabaqlayıcı siyasi mesajdır. Avropa İttifaqının Ermənistana dəstəyi 2026-cı ildə daha da artacaq.


Turan Rzayev
Globalinfo.az-ın siyasət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri