Icma.az
close
up
RU
İstanbulda “Leyli və Məcnun”un türkcə nəşri təqdim edildi

İstanbulda “Leyli və Məcnun”un türkcə nəşri təqdim edildi

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Türkiyə türkcəsində nəşr olunan “Leyli və Məcnun” əsəri İstanbulda keçirilən 42-ci Beynəlxalq Kitab Sərgisində ictimaiyyətə təqdim edilib.

Kulis.az xəbər verir ki, kitab Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Türk dünyasının tanınmış mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün əsərlərin orijinaldan Türkiyə türkcəsinə tərcümə və nəşr edilməsinə dair layihəsi əsasında hazırlanıb. Layihəyə əsasən, “Xəmsə”yə daxil olan bütün əsərlərin orijinaldan Türkiyə türkcəsinə tərcüməsi nəzərdə tutulur. Əsərlər Türkiyənin Ərzurum Atatürk Universitetinin professoru, tərcüməçi Nimet Yıldırım tərəfindən tərcümə edilir.

Kitabın sərgidə baş tutan təqdimat proqramı çərçivəsində panel iclas keçirilib.

Stalinin ayaq üstə alqışladığı opera - O, Bağırova hansı tapşırığı vermişdi? "Fəryad"ın antaqonist qəhrəmanı - O niyə Şeyx Nəsrullah rolunu oynamaq istəmirdi? Mahnıları Üzeyir bəyin adına çıxılan, dərs deyən yerdə atəş açılan bəstəkar

İclasın moderatoru, Nizamişünas-alim, dosent Təhminə Bədəlova məruzəsində Azərbaycan ədəbiyyatının zirvəsi olan Nizami Gəncəvi yaradıcılığının Türk dünyasına daha yaxından təqdim edilməsinin əhəmiyyətini vurğulayıb.

O, milli mədəniyyətimizin və ədəbiyyatımızın tanıdılması ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin sistemli fəaliyyətini, klassik irsimizin araşdırılması və təbliği ilə bağlı layihələrini yüksək dəyərləndirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov məruzəsində Nizami Gəncəvinin Azərbaycan, eləcə də bütün Türk dünyası ədəbiyyatının inkişafındakı əvəzsiz rolundan danışaraq, əsrlər keçməsinə baxmayaraq, bu, dahi şairin ədəbiyyatın zirvəsində olduğunu və yaratdığı əsərlərlə mədəniyyətimizə mühüm töhfələr verdiyini bildirib.

Samir Abbasov rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin Azərbaycan klassik irsinin təbliği məqsədilə bu günə kimi dahi Nizami Gəncəvinin “İskəndərnamə” və “Sirlər xəzinəsi” əsərlərini Türkiyə türkcəsinə tərcümə və nəşr edildiyini, “Leyli və Məcnun” əsərinin çap olunmasının bu layihənin davamı olduğunu söyləyib.

İstanbul Yıldız Texnik Universitetinin professoru, Nizami irsinin tədqiqatçısı Süleyman Doğan Nizami Gəncəvinin “Xəmsə”si ilə epik poeziyanın əbədi incilərini yaratdığını, zəngin yaradıcılıq xəzinəsi ilə bəşər ədəbiyyatının zirvəsini fəth etdiyini bildirib. O, Nizami Gəncəvi irsinin Türk dünyası ədəbiyyatını zənginləşdirdiyini, Azərbaycan ədəbiyyatının isə ümumtürk mədəniyyətinin ən qiymətli xəzinəsi olduğunu bildirib.

Əsəri Türkiyə türkcəsinə tərcümə edən professor Nimet Yıldırım dahi mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığı haqqında danışıb, onun Şərqin ilk məhəbbət poemasını yaradaraq dünya ədəbiyyatında ölməz iz qoyduğunu deyib.

Sonda tərcüməçi yeni nəşr olunan “Leyli və Məcnun” kitabını imzalayaraq oxuculara hədiyyə edib.

Qeyd edək ki, Nizami Gəncəvinin Türkiyə türkcəsində nəşr edilən “Leyli və Məcnun” əsəri Türkiyənin “Dergah yayınları” nəşriyyatında çapdan çıxıb. Kitabın Türkiyənin aparıcı kitabxanalarına, elmi-tədqiqat müəssisələrinə və universitet kitabxanalarına hədiyyə olunması planlaşdırılır.

Stalinin ayaq üstə alqışladığı opera - O, Bağırova hansı tapşırığı vermişdi? "Fəryad"ın antaqonist qəhrəmanı - O niyə Şeyx Nəsrullah rolunu oynamaq istəmirdi? Mahnıları Üzeyir bəyin adına çıxılan, dərs deyən yerdə atəş açılan bəstəkar
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Dekabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri