Səkilərdə masa stul dövrü bitdi Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının bir sıra küçə və prospektlərində yerləşən iaşə obyektləri qarşısında səkiyə çıxarılan masa və stullar yığışdırılır.
Tribunainfo.az-ın redaksiyasına daxil olan məlumata görə, kafe sahiblərinə bu barədə rəsmi qurumlardan xəbərdarlıq olunub.
Əvvəllər bəzi obyekt sahibləri səkilərdə əlavə oturacaq yerləri düzərək müştəri qəbul edir və bu yolla əlavə gəlir əldə edirdilər. Artıq bu praktikanın qarşısı alınacaq.
Məlumata görə, sözügedən qərar yuxarı instansiyaların təlimatı ilə verilib. Yeni qaydalara əsasən, ictimai istifadə üçün nəzərdə tutulan səkilərdə masa və stul yerləşdirilməsinə icazə verilməyəcək. Qadağanın əsas məqsədi piyadaların sərbəst hərəkətinin təmin edilməsi və şəhər estetik görüntüsünün qorunmasıdır.
Nigar İxtiyarqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 03 İyun 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















