Icma.az
close
up
RU
Səkini tamamilə zəbt edib əlil şəxsi çətin vəziyyətdə qoyan sürücü 77NK850 VİDEO

Səkini tamamilə zəbt edib əlil şəxsi çətin vəziyyətdə qoyan sürücü 77NK850 VİDEO

Paytaxtın Yasamal rayonu Həsən bəy Zərdabi prospektində dayanma-durma qaydasını pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 19-da axşam saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 77-NK-850 dövlət nömrə nişanlı “KIA Sorento” markalı avtomobilin sürücüsü maşını səkidə park edərək piyadaların hərəkətinə əngəl törədib. Hətta o, ərazidən keçən fiziki məhdudiyyətli şəxsə çətin anlar yaşadıb. Belə ki, səkidən istifadə edə bilməyən əlil vətəndaş maşının arxa hissəsindən hərəkətinə davam etməyə çalışıb. Lakin o, əlil arabasında olduğu üçün ərazidəki arxdan keçə bilməyib. 

Qeyd edək ki, yaxınlıqda yaşayan sakinlər belə xoşagəlməz halla tez-tez qarşılaşdıqlarını bildirib. 

Xatırladaq ki, maşını səkidə park etmək İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, 2 bal və 60 manat məbləğində cəriməylə nəticələnir. 

Nərmin

seeBaxış sayı:51
embedMənbə:https://avtosfer.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri