Icma.az
close
up
RU
Şəklimi çəkib yayıblar... Sabiq nazirlərin metro sərgüzəştləri

Şəklimi çəkib yayıblar... Sabiq nazirlərin metro sərgüzəştləri

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Keçmiş hərbi prokuror, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin metroda görüntülənməsi ictimaiyyətin diqqətini çəkib.

Azərbaycanda başqa hansı sabiq məmurlar metro və avtobusdan istifadə edirlər?

Globalinfo.az bununla bağlı keçmiş nazirlər arasında sorğu keçirib.

Sabiq təhsil naziri Misir Mərdanov ictimai nəqliyyatdan istifadə etmədiyini deyib:

“Axırıncı dəfə metroya nə vaxt mindiyim yadımda deyil. Çünki şəxsi və dövlətin bizim üçün ayırdığı maşından istifadə edirəm. Başqa səbəbi yoxdur”.

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov uzun illərdir ki, avtobus və metroya minmədiyini bildirib:

“İstəmədiyimə və ya çəkindiyimə görə yox, sadəcə tələbəlik illərimdən bu vaxta kimi şəxsi avtomobilim olub. Bu səbəbdən ictimai nəqliyyat vasitələrindən istifadə etməməmişəm”.

Sabiq maliyyə naziri Fikrət Yusifov da həmkarları ilə eyni sırasında yer alıb:

“Şəxsi avtomobilim var və özüm idarə edirəm. Ancaq şəhərdə əsasən piyada gəzirəm. Bəzən uzaq məsafədə yerləşən məkanlara belə piyada gedirəm. Yolboyu yüzlərlə insanla qarşılaşıram. Bir çox hallarda tanımadığım adamlar yaxınlaşıb görüşürlər. Vəzifədə olduğum müddətdə nəsə etməmişəm ki, vətəndaşlarla qarşılaşmaqdan çəkinim. Özümə arxayınam. Kimdənsə təmənnam olmayıb! Məni tanıyanlar bunu yaxşı bilirlər. Hətta o dövrdə vəzifədən azad etdiyim adamlarla üz-üzə gələndə hörmətlə salamlaşırıq. Çünki onlar bilirlər ki, ədalətsizliyə yol verməmişəm”.

Keçmiş baş nazir Pənah Hüseyn isə metro və avtobusdan tez-tez istifadə etdiyini deyib:

“Hətta bir neçə dəfə mənim də şəklimi çəkib paylaşıblar”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov nadir hallarda metroya mindiyini bildirib:

“Mərdəkanda yaşadığım üçün əsasən şəxsi avtomobildən istifadə edirəm. Şəhərdə olanda isə tıxaca görə çəkinmədən metro ilə gedirəm. Qanunla bəzi məmurlar xüsusi təhlükəsizlik xidməti tərəfindən qorunur. Bu baxımdan iş müddətində ictimai nəqliyyatdan istifadə etməmək normal haldır”.

Sabiq material ehtiyatları naziri Şəmsəddin Rəhimov ictimai nəqliyyatı sevdiyini vurğulayıb:

“Normalda gedəcəyim ünvana avtomobillə yollanıram. Təxminən bir həftə əvvəl 106 nömrəli avtobus, həm də metrodan istifadə etmişəm. Burada ayıb iş yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 İyun 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri