Sektor müdiri: Dövlət İmtahan Mərkəzinin məlumat bazaları yüksək təhlükəsizlik tədbirləri ilə qorunur
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müəyyən şəxslər saxta hesablar yaradaraq imtahan nəticələrini dəyişdirmək və ya gələcək imtahan suallarını qabaqcadan təqdim etmək təklifi ilə insanları aldadırlar. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumat bazaları yüksək təhlükəsizlik tədbirləri ilə qorunur və bu cür dələduzluq halları ilə bağlı məlumatlar doğru deyil.
525.az xəbər verir ki, bu sözləri DİM-in Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə jurnalistlərə açıqlamasında söyləyib.
O, sosial şəbəkələrdə yalnız Mərkəzin rəsmi səhifələri və saytı vasitəsilə məlumat alınmasını tövsiyə edib. Eyni zamanda, valideynlərə övladlarının fəaliyyətini nəzarətdə saxlamaları və belə dələduzluq hallarına qarşı diqqətli olmalarını vurğulayıb. Həmçinin imtahan iştirakçılarına və vətəndaşlara belə faktlarla qarşılaşdıqda DİM-ə və ya hüquq mühafizə orqanlarına müraciət etmələri bildirilib.
X.Xanlarzadə belə məsələlərin ciddi şəkildə araşdırıldığını və dələduzluq edən şəxslərin məsuliyyətə cəlb ediləcəyini bildirib.
Sevinc Qarayeva


