Icma.az
close
up
RU
Səlçuk Karakılıç: Zəngəzur dəhlizinin açılması böyük siyasətin kodlarını göstərir

Səlçuk Karakılıç: Zəngəzur dəhlizinin açılması böyük siyasətin kodlarını göstərir

Icma.az, Sherg.az saytına istinadən bildirir.

"Prezident İlham Əliyevin Qarabağ müharibəsi və sonra qurduğu milli siyasət əslində Azərbaycanın yalnız işğal altındakı torpaqlarını azad etməkdən ibarət deyildi. Otuz il əvvəl bəzi bölgə və Avropa ölkələrinin ciddi dəstəyi ilə cəsarətləndirilən Ermənistanın işğal etdiyi Qarabağı azad etmək, əlbəttə, tarixi bir hədəf idi. Amma məsələyə yalnız bu şəkildə baxmaq Prezident Əliyevin siyasi zəkasını anlamamaq və tarixi baxışını qiymətləndirməməkdir. Bu, həm də Böyük Azərbaycan siyasətinin fərqində olmamaq deməkdir".


Bunu Teleqraf-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun sabiq rəhbəri Səlçuk Karakılıç deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti Cənubi Qafqazda və Orta Asiyada mühüm rol oynamağa çalışır: "Bir neçə ay əvvəl dünyanın ikinci ən böyük iqtisadi gücü olan Çinlə strateji anlaşma imzalayan və regionun tənzimləməyə çalışan bir ölkənin Prezidenti olaraq İlham Əliyev demək olar ki, hər ay Avropa, Asiya, Orta Şərq və Afrikadan bir dövlət başçısı ilə müxtəlif müzakirələr aparır. Əlindəki imkanı, zamanı və məkanı çox yaxşı dəyərləndirən Cənab Prezident neft və qaz ixrac edən digər ölkələr kimi məsələyə yalnız iqtisadi çərçivədən baxmır. Azərbaycan neft və qazını üstün siyasətlə iqtisadi diplomatiyaya çevirərək qlobal miqyasda həm təsirini, həm də nüfuzunu artırır".

Avqustun 8-də Vaşinqtonda imzalanan anlaşmadan söz açan Səlçuk Karakılıç hesab edir ki, bu anlaşma Azərbaycanın ABŞ və Qərb bloku ilə artıq daha yaxın münasibətlər quracağını göstərir, eyni zamanda ABŞ və Avropanın qismən də qərəzli yanaşmalarının qarşısını almaq iqtidarınbdadır: "Azərbaycan yalnız qaz və neft ixrac edən üçüncü dərəcəli bir ölkə deyil, əksinə mədəniyyəti, tarixi, dünya sülhünə töhfəsi, fərqli qlobal diplomatiyası və iqtisadiyyatı ilə Cənubi Qafqazın əsas aktor dövlətlərindəndir".

S.Karakılıç bildirib ki, Prezident Əliyevin ABŞ Prezidenti ilə yaxın təmas diplomatiyası onun Azərbaycanı harada görmək istədiyi ilə bağlıdır: "Ermənistanla da mümkün sülh müqaviləsini çox önəmli bir paytaxtda imzalamaq olardı. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Ermənistan Baş naziri Nikol Paşinyanla Vaşinqtonda bir araya gələrək üçtərəfli anlaşma imzalaması və riskləri göz önünə alaraq Zəngəzur dəhlizinin açılması məqsədilə diplomatik addımlar atması böyük siyasətin kodlarını göstərir.

Artıq Qarabağ işğaldan azad edilib və Ermənistanla sülh müqaviləsi imzalanır. Eyni zamanda Ermənistanın konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılır. Həmçinin Ermənistan tədris proqramında dəyişiklik edilir ki, bununla erməni uşaqlarının düşmənçilik ruhunda böyüdülməsinə son qoyulur.

Göründüyü kimi, qarşımızda ciddi, ağıllı bir strategiya durur. Zəngəzur dəhlizinin adının “Tramp dəhlizi” olması, bir Amerika şirkətinin buradan iqtisadi gəlir əldə etməsi sıradan bir məsələdir. Əsas görülməsi və qiymətləndirilməli olan məsələ Zəngəzur dəhlizinin açılmasının ABŞ-yə qəbul etdirilməsidir. ABŞ-nin dəstəyi ilə açılacaq bu dəhliz, xüsusilə Türkiyə-Azərbaycan və Türk Dünyasının iqtisadi, mədəni, hərbi və siyasi birliyini artıracaq.

Digər tərəfdən Ermənistanın artıq Türkiyə və Azərbaycanla birgə hərəkət etməsi də ciddi bir uğurdur. Sülhün bərqərar olması, Türkiyə-Azərbaycan və Ermənistan arasındakı iqtisadi və siyasi münasibətləri inkişaf etdirəcək, düşmənçiliyi aradan qaldıracaq.

İmzalanan bəyannamə Azərbaycan və Ermənistanın sərhədlərinin və ərazi bütövlüyünün ABŞ tərəfindən qəbul edildiyinin, müharibənin bitdiyinin və Azərbaycanın haqlı olduğunun sübutudur.

Bundan sonra heç bir Avropa dövləti və ya region ölkəsi Azərbaycanı tənqid edə və ya Ermənistanı öz tərəflərinə çəkərək Azərbaycana qarşı düşmənçiliyə sövq edə bilməyəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Avqust 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri