Icma.az
close
up
RU
Səlçuk Karakılıç: İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın tam milli birliyi təmin edildi

Səlçuk Karakılıç: İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın tam milli birliyi təmin edildi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"8 noyabr 2020 tarixi sadə bir təqvim deyil.  Bu gün, müstəqil Azərbaycan dövlətinin ən qüdrətli və ən şanlı bayram günüdür".

Bunu XQ-yə açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç deyib: "Sovetlər Birliyinin dağılmasından dərhal sonra ordusu dağıdılmış, müdafiəsiz qalan Azərbaycana qarşı bəzi bölgə və Avropa ölkələrinin dəstəyi ilə Ermənistan tərəfindən haqsız işğal, dağıntı və soyqırımı törədilmiş, Şuşa və yeddi rayon işğal altına düşmüşdü. 

İşğal nəticəsində təkcə tarixi torpaqlar əldən çıxmadı, eyni zamanda azərbaycanlılar soyqırımına məruz qaldı, bir milyondan artıq insan ata-baba torpaqlarından didərgin salındı, şəhərlər talan edildi, Azərbaycan tarixi və mədəniyyəti vandalizmə məruz qoyuldu. 

Bütün bunlar dünya siyasətinin aparıcı aktorlarının gözü qarşısında baş verdi. Dünyanın beş böyük dövləti bu vəhşətə, bu işğala susdu. Əksinə, Ermənistanı cəsarətləndirərək işğalın Şuşa və ətraf bölgələrə qədər genişlənməsinə şərait yaratdılar. 

30 il ərzində nə baş verdi? Azərbaycanın ümummilli lideri və böyük dövlət xadimi Heydər Əliyev ilk növbədə Ermənistanla atəşkəs sazişi imzaladı. 

Ən vacibi isə o, daxili siyasətdə birliyi təmin etmək məqsədilə bütün enerjisini Azərbaycanın daxili dünyasının bərpasına yönəltdi. Ümummilli liderin uzaqgörən və strateji addımları nəticəsində siyasi sabitlik yaradıldı və 2000-ci illərdə iqtisadi cəhətdən güclü bir dövlət formalaşdırıldı. 

Mənim fikrimcə, Heydər Əliyev Azərbaycanın özüdür. Onun siyasi dahiliyi, səbr və təmkinliyi olmasaydı, bu günkü güclü Azərbaycan mümkün olmazdı. 

2000-ci illərin əvvəllərindən etibarən Azərbaycan Prezidenti cənab İlham Əliyev ata siyasətini ləyaqətlə davam etdirdi. Cənab Prezidentin hakimiyyət dövrü iki mərhələdə qiymətləndirilə bilər: 

2003–2013-cü illər – neft və qaz hasilatının beynəlxalq bazarlara çıxarılması ilə Azərbaycanı dünya iqtisadiyyatına inteqrasiya etdirdiyi illərdir. Neftdən və qazdan əldə edilən gəlirləri ölkənin quruculuğuna, xalqına, siyasətinə və ordusuna yönəldən Prezident İlham Əliyev beynəlxalq aktorlarla sıx münasibət qurdu. Bu illər eyni zamanda dövlətin institusionallaşma dövrü kimi yadda qaldı. 

Bu illərdə Azərbaycan ordusu və xüsusi xidmət orqanları müasir üsullarla təchiz edildi, peşəkar diplomatlar yetişdirildi. 

Təbii ki, Azərbaycanın Birinci vitse-prezidenti, Birinci xanım Mehriban Əliyevanın xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Bakı şəhərinin müasirləşməsi, mədəniyyət və incəsənət paytaxtına çevrilməsi, dünya səviyyəli tədbirlərin təşkili Birinci xanımın zərif, yaradıcı baxışının nəticəsidir". 

Səlçuk Karakılıç bildirib ki, 27 sentyabr 2020-də başlayan Vətən müharibəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin qurduğu strateji siyasət sayəsində cəmi 44 gün ərzində işğal altında olan torpaqlar azad edilib: "Müharibənin ilk günündən Türkiyə Respublikasının siyasi dəstəyi və mənəvi yardımı Azərbaycan xalqına və ordusuna böyük ruh yüksəkliyi verdi.

10 noyabr 2020-də imzalanan üçtərəfli bəyanatla Şuşa və yeddi rayon tam şəkildə Azərbaycan hakimiyyəti altına keçdi. 10 noyabr gecəsi Zəfər Günü olsa da, Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyənin milli lideri Mustafa Kamal Atatürkün vəfat ildönümünə hörmət əlaməti olaraq, bu tarixi jestlə Zəfər Gününü 8 noyabr elan etdi. Lider doğulur, sonradan yaranmır. Prezident İlham Əliyev bu qərarı ilə həm Türk xalqına dərin ehtiram göstərdi, həm də tarixi bir vəfa örnəyi yaratdı. Üç il sonra, 2023-cü ildə, başda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə olmaqla, bütün Qarabağ ərazisində Azərbaycan suverenliyi tam bərpa olundu. Beləliklə, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın tam milli birliyi təmin edildi. 

8 noyabr -Zəfər Günü sadə bir bayram deyildir. Bu gün Azərbaycan dövlətçiliyinin, milli birliyinin və beynəlxalq nüfuzunun təntənəsidir. 

Cənab Prezident İlham Əliyev bu gün Ermənistanla sülh danışıqlarında tələsmir, prosesin olgunlaşmasını gözləyir. ABŞ-da imzalanan razılaşma ilə Qarabağ məsələsi artıq tarixin səhifəsində qalmışdır. Prezident indi Cənubi Qafqazda sülhün memarı kimi çıxış edir və Azərbaycanı regionun ən nüfuzlu, zəngin və seçkin dövlətinə çevirmək istiqamətində çalışır". 

S.Karakılıç vurğulayıb ki, Zəngəzur dəhlizinin açılmasından da danışıb: "Zəngəzur dəhlizinin açılmasıyla Naxçıvanın Azərbaycana birləşməsi, Türk dünyasının iqtisadi və mədəni inteqrasiyasını yeni mərhələyə daşıyacaq. Bu tarixi mənzərənin çərçivəsini isə Cənab Prezident artıq bu günlərdən formalaşdırır". 

Səlçuk Karakılıç vurğulayıb ki, Vətən Müharibəsi Azərbaycan xalqına özünə inamı qaytarıb: "Tarixi torpaqlar Vətənə qovuşdu. Azərbaycan bu Zəfərlə təkcə özünü deyil, bütün Türk dünyasını ruhlandırdı. Bu qələbə yalnız bir xalqın deyil, bütün bir millətin azadlıq və qürur bayramıdır. 

Zəfərdən sonra Türk dövlətləri arasında siyasi və mədəni yaxınlaşma başladı. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu birliyin iki böyük memarı oldular. 

Bu qələbə Azərbaycanın milli təhlükəsizliyini tam təmin etdi və ölkəni regionun ən sabit, ən təhlükəsiz dövləti halına gətirdi. Azərbaycan artıq dünya siyasətində daha güclü, söz sahibi və vasitəçi bir aktora çevrilib. 

Xüsusilə, ABŞ və Avropa siyasi dairələrində Azərbaycanın əleyhinə fəaliyyətlər bu günlərdə dayandırılıb. Bu, şübhəsiz ki, Prezident İlham Əliyevin diplomatik zəfəridir. 

Cənab Prezident!

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm can sağlığı, dost və qardaş Azərbaycan xalqına firavanlıq və xoş günlər arzulayıram. Zəfəriniz mübarək, Azərbaycan!".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri