Səlcuq Bayraktar Türkiyənin ən varlı on nəfərindən biri oldu
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Türkiyənin müdafiə və aerokosmik şirkəti Baykarın 46 yaşlı həmtəsisçisi və sədri Səlcuq Bayraktar sərvəti ilə Türkiyənin ən varlı on nəfərindən biridir.
Ölkə.az xəbər verir ki, “Forbes”in açıqladığı hesabata əsasən Səlcuq Bayraktar 2,7 milyard dollarlıq sərvəti ilə ən varlı 10 türk vətəndaşı arasındadır.
Onun qardaşı, Baykarın baş direktoru Haluk Bayraktar da siyahıdadır, lakin 2,4 milyard dollarlıq sərvəti ilə ilk 20-likdə yer alıb.
Baykar Türkiyənin aparıcı müdafiə ixracatçılarından birinə çevrilib. Şirkətin dronlarından Türkiyə ordusu və bir neçə beynəlxalq tərəfdaş istifadə edir. Səlcuq Baykatar şirkətin 52,5%-nə sahibdir və şirkət 2025-ci ildə 2,5 milyard dollar gəlir əldə edib ki, bunun da 88%-i ixracdan gəlib. Baykarın ixracı 2,2 milyard dollar təşkil edir. Bu da dünyanın ən böyük dron ixracatçısı mövqeyini qoruyub saxlamağa imkan verir.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 26 Fevral 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















