Icma.az
close
up
RU
Səmada kabus: “Ryanair” təyyarəsinin pəncərəsi sındı, sərnişin havaya sovruldu

Səmada kabus: “Ryanair” təyyarəsinin pəncərəsi sındı, sərnişin havaya sovruldu

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Ryanair" aviaşirkətinin təyyarəsində Salonikidəki "Makedoniya" hava limanından qalxarkən texniki nasazlıq baş verib. Naməlum səbəbdən təyyarənin illüminatoru (pəncərəsi) qəfildən sınıb və pəncərənin yanında oturan sərnişin yarıya qədər çölə sovrulub. Sərnişin yaralanıb və yanıq xəsarətləri alıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Yunanıstanın "ERT-news" telekanalı məlumat verib.

Məlumata görə, Salonikidəki "Makedoniya" Beynəlxalq Hava Limanından qalxan "Ryanair" reysi Almaniyanın Memmingen şəhərinin hava limanına gedirmiş. Sərnişinlərin sözlərinə görə, qalxışdan bir neçə dəqiqə sonra, təyyarə artıq havada olarkən, yüksək səs eşidilib, pəncərə qırılıb və pəncərə yanında oturan sərnişin demək olar ki, yarıya qədər təyyarədən kənara çıxıb. 60 yaşlı yunan kişinin yanında oturan sərnişinlər onu təyyarənin içərisində saxlamağa nail olublar. Həmçinin xəsarət alan şəxsin taxdığı təhlükəsizlik kəmərləri də köməyə çatıb. Təyyarədə panika başlayıb, oksigen maskaları avtomatik olaraq açılıb. Pilotlar sərnişinləri sakitləşdirib və təyyarəni Saloniki hava limanına qaytarıblar. Zərərçəkən xəstəxanaya çatdırılıb, o, şok vəziyyətindədir, boynunda problemlər, sıyrıntılar və sınmış pəncərə ilə sürtünmədən yanıqlar aşkarlanıb. Əksəriyyəti xəsarət almayan qalan sərnişinlər artıq başqa reyslə Almaniyaya yola düşüblər. Sezar pizza

Əldə olan məlumata görə, təyyarənin uçuşu zamanı mühərrikdən qopan və nəticədə pəncərəni sındıran parça hadisəyə səbəb olmuş ola bilər. Hadisə ilə bağlı araşdırma aparılır./Oxu.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 İyul 2026 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri