“Semaşko”da plastik borudan xərək “rüsvayçılıq”dır? Video
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) xəstələrin daşınması üçün istifadə olunan xərəklə bağlı görüntülər yayılıb. Kadrlarda xərəyin su borusuna bənzər materialdan hazırlandığı iddia olunur. Görüntülər sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Axar.az-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsində istifadə olunan təkərli xərək (katalka) xəstələrin maqnit-rezonans müayinəsi zamanı təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi olaraq plastik borulardan hazırlanıb.
“Maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsi zamanı xəstələrin təhlükəsiz şəkildə müayinə aparatına yerləşdirilməsi üçün maqnit sahəsinə reaksiya verməyən xüsusi katalkalardan istifadə olunur. Bu, dünya praktikasında da istifadə olunan, aşağı büdcəli və səmərəli həllərdən biridir”, - Ruzbeh Məmməd qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 21 İyul 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















