Icma.az
close
up
RU
Səməd Bəşirli: Azərbaycan yüksək əlavə dəyərli məhsullar istehsal etməyə çalışır

Səməd Bəşirli: Azərbaycan yüksək əlavə dəyərli məhsullar istehsal etməyə çalışır

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan yeni nəqliyyat dəhlizlərini inkişaf etdirməklə yanaşı, iqtisadiyyatın strukturunu da dərinləşdirərək daha mürəkkəb və yüksək əlavə dəyərli məhsullar istehsal etməyə çalışır.

Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) deyib.

Nazir müavini bildirib ki, Azərbaycanın qeyri-neft ixracı son 6 ildə iki dəfə artıb, iqtisadiyyatın mürəkkəbliyini artırmaq əsas hədəfidir: "Azərbaycanın müstəqilliyin ilk illərində əsas çağırışı makroiqtisadi sabitliyin təmin edilməsi olub. İlk mərhələdə ən böyük çətinlik məhz makroiqtisadi sabitliyin olmaması idi. Sabitlik əldə edildikdən sonra neft-qaz layihələrinə start verdik və iqtisadiyyatımız əsasən bu sahəyə əsaslanıb. Hazırda ÜDM-də və ixracda hələ də neft və qazın böyük payı var. Bununla yanaşı, son 6 ildə qeyri-neft ixracı təxminən iki dəfə artıb".

S. Bəşirli vurğulayıb ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində illər əvvəl başlanan proses davam edir: "Diversifikasiyanın əsas yolu ixrac yönümlü, rəqabətqabiliyyətli istehsal sahələrini inkişaf etdirməkdir. Bu məqsədlə sənayeləşmə siyasəti aparılır. Hazırda sənaye zonalarında 170-dən çox müəssisə fəaliyyət göstərir, 4 milyard ABŞ dollardan artıq sərmayə yatırılıb və 10 mindən çox iş yeri yaradılıb".

Nazir müavini ölkədə əlverişli biznes mühitinin gücləndirildiyini də diqqətə çatdırıb: "Rəqabətqabiliyyətli vergi sistemi, ədliyyə prosedurlarının sadələşdirilməsi və makroiqtisadi sabitlik bizim üçün prioritetdir. Bu gün qeyri-neft sənayesi ilə bağlı bir Anlaşma Memorandumu və bir dövlət-özəl tərəfdaşlıq sazişi imzaladıq".

O, Azərbaycanın qapalı quru sərhəd coğrafiyasına baxmayaraq, nəqliyyat dəhlizlərinə böyük investisiya yatırıldığını bildirib: "Biz quru ilə əhatələnmiş ölkəyik, amma qonşu Mərkəzi Asiya iqtisadiyyatları kimi geniş potensiala malikik. Buna görə də illər əvvəl iri infrastruktur layihələrinə başladıq və indi bu imkanlardan maksimum yararlanmaq istəyirik".

S. Bəşirli qeyd edib ki, davamlı inkişaf üçün iqtisadiyyatın mürəkkəbliyini artırmaq vacibdir: "Əvvəllər qeyri-neft ixracımız əsasən kənd təsərrüfatı məhsullarından ibarət idi: "İdi isə emal olunmuş kənd təsərrüfatı və sənaye məhsullarının payı daha çoxdur. Rəqabətqabiliyyətli sənaye yaratmaq üçün innovasiya və texnologiya həlledici əhəmiyyət daşıyır. Texnologiya olmadan innovasiyadan danışmaq mümkün deyil".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri