Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Azərbaycanda fabrik direktoru vəfat etdi

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AZƏRTAC Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir

Bakı, 7 oktyabr, AZƏRTAC

Nəşrin layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.

AZƏRTAC silsilə yazıların növbəti hissəsində Xalq şairinin oğlu Vaqif Səmədoğlunun xatirələrinin davamını təqdim edir.

Xatirələrinin bu hissəsində o, atasının dramaturq kimi irsinin mürəkkəb taleyindən, onun ədəbi mühitdəki nüfuzundan, eləcə də ailənin həyatında ən dramatik dövrlərdən biri olan 1950-ci illərin əvvəllərində baş verən hadisələrdən bəhs edir.

“Mənim ən ağrılı xatirələrimdən biri “İnsan” əsəri ilə bağlıdır. Atamın dilindən dəfələrlə eşitmişdim ki, “hayıf, hayıf “İnsan”dan”. “İnsan” tamaşasının müzakirələri S.Vurğun üçün çox ağrılı keçmiş və bu əsər səhnədən götürülmüşdü. İllər keçdikdən sonra mərhum rejissorumuz, böyük sənətkar Mehdi Məmmədov onu bərpa etdi. Mənə bu quruluşda tamaşanı görmək nəsib oldu. Bu əsər də S.Vurğun romantizmi ilə yazılıb. Əgər atam sağ olsaydı, bir dramaturq kimi onunla “İnsan” ilə də, “Vaqif” ilə də, “Xanlar” ilə də, “Fərhad və Şirin” ilə də bağlı mübahisələr edə bilərdim. Amma “İnsan” pyesini bizim bir zamanlar “Böyük Vətən müharibəsi” adlandırdığımız müharibənin mahiyyətini poetik və fəlsəfi dil ilə izah etməyə çalışan bir sənətkarın yaradıcılıq uğuru hesab edirəm. Orada qoyulan “Qalib gələcəkmi cahan¬da kamal?!” ədəbi sualı S.Vurğunun çox böyük tapıntısıdır. Mən də bu saat o sualı dünyaya verirəm və cavab tapmıram.

“Xanlar” pyesinə də tamaşaçıların reaksiyası mənim indiki kimi yadımdadır. İndi teatr salonlarında elə reaksiya yoxdur. Xanların evində gəlib Kobanı - Stalini axtarır və onun anasından qonağın yerini soruşurlar. Qadın cavab verir: “Qonağın yerini istəyirsiniz? Yarın ürəyimi, ürəyimdədir”. Burada bütün zal, o cümlədən mən ayağa qalxıb, əl çaldıq”.

Xatirələrini davam etdirən Vaqif Səmədoğlu qeyd edir ki, bu əsərlər öz dövrünün əsərləridir və vaxt gələcək ki, o dövrün dramaturgiyasının, o cümlədən S.Vurğunun pyeslərinin Azərbaycan səhnəsinə yeni gəlişi olacaq. Eləcə də o əsərlərə tamaşaçıların və teatrşünasların yeni münasibəti meydana çıxacaq.

“Məsələn, “Vaqif” tarixi əsər kimi yox, Azərbaycan tarixinin bir parçası kimi qəbul ediləcək...

S.Vurğunun istedadı, ünsiyyətcilliyi, özünü sevdirmək bacarığı, xalq içərisində nüfuzu, yumoru, əliaçıqlığı və başqa bu kimi keyfiyyətləri Moskvaya təbliğat üçün lazım idi. Amma, o da bundan istifadə edib, milli dəyərləri təbliğ edirdi.

Moskva şair və yazıçıları A.Fadeyev də, K.Simonov da, M.Şoloxov da, Ukraynadan Korneyçuk, Özbəkistandan Q.Qulam da, Gürcüstandan G.Leonidze və bir çox başqaları S.Vurğunu özlərinə bərabər bir insan və böyük sənətkar kimi qəbul edir, ona çox böyük hörmət və məhəbbət bəsləyirdilər.

Vaqif Səmədoğlu, həmçinin yazır ki, S.Vurğun Nazim Hikmətlə yaxın münasibətdə olub, onun Pablo Neruda, çex şairi Vantslav ilə görüşləri olub.

“S.Vurğunun dəvəti ilə Azərbaycan poeziyası antologiyasını tərcümə etməkdən ötrü Moskvanın bir neçə tanınmış şairi Bakıya gəlmiş və S.Vurğunun hesabına burada bir neçə ay yaşamışlar. Nəticədə antologiya işıq üzü gördü və rusdilli oxucu onunla tanış oldu. Bunlar S.Vurğunun nüfuzu hesabına başa gələn və xalqımız üçün lazımlı işlər idi.

S.Vurğun o vaxtlar bütün Sovetlər İttifaqında və Şərqi-Avropa ölkələrində çox tanınır və sevilirdi. O ölkələrdə də adına mədəniyyət müəssisələri var.

Demək istəyirəm ki, S.Vurğunun əlaqələri çox geniş idi və üstəlik onun Moskvada böyük şəxsiyyət kimi qəbul edilməsi Azərbaycan ədəbiyyatına, bütövlükdə mədəniyyəti və elminə çox şey verdi”.

Daha sonra Vaqif Səmədoğlu ailə tarixinin daha ağır səhifələrinə toxunaraq qeyd edir ki, atası ilə bağlı çoxsaylı xatirələri arasında yalnız xoş və yumoristik deyil, dramatik məqamlar da var.

“Mənim atam haqqında xatirələrim çoxdur. Yumor hissi olanlar da var, ciddi, dramatik olanları da. Mənim də gördüyüm və yaşadığım dramatik xatirələr 1950-ci illərin əvvəllərində baş verənlərdir.

...1952-ci ildə Səməd Vurğunun həbs olunması haqqında artıq Respublika prokuroru order imzalamışdı. Hətta bizim ailənin sürgün ediləcəyi Qazaxıstanın Kustanay vilayətindəki kəndin adı da məlum idi.

İstintaqda Səməd Vurğun dəfələrlə dindirilmişdi. Səməd Vurğunun kitabları kitabxanalardan yığışdırılmış, tamaşaları səhnədən götürülmüşdü. Bu ağır günlər, nigarançılıq 4 aya qədər davam etdi. Özümüzlə götürməyə cəmi 2 çamadan icazə vermişdilər. Səməd Vurğun o vaxt Azərbaycan Elmlər Akademiyasının prezidenti işləyən Musa Əliyevə deyibmiş ki, 3 aydır mən pencəkdə, ayağımda ayaqqabı yatıram, bu cür yaşamaq çox ağırdır. Bilmirəm necə edim ki, məni tutmazdan əvvəl ailəmi sürgünə göndərsinlər. Sonra anam balışının altından tapançasını tapdı. İstəyirmiş ki, biz sürgün edildikdən sonra intihar etsin.Tapança da marşal Rokosovskinin hədiyyəsi idi...

Məhkəmədə Mircəfər Bağırovdan Rudenko soruşdu ki, niyə Səməd Vurğunu həbs etmək və öldürmək istəyirsiniz? Mircəfər Bağırov dedi ki, əgər bunu istəsəydim, edərdim...”

Ardı var...

Əvvəlki materialı oxu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see342

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see331

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see318

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see315

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see303

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see295

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see275

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see275

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see270

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see268

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see267

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see263

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see261

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see257

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see254

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see235

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see222

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see217

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri