Icma.az
close
up
RU
Səmimi dostluq qüdrətdir!

Səmimi dostluq qüdrətdir!

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycanın dünya dövlətləri ilə münasibətində də müəyyən yaxınlaşmalar yarandı. Türkiyə ilə Pakistan müharibənin gedişində Azərbaycana həm mənəvi, həm də hərbi dəstək verdi, tarixi Zəfərdən sonra Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq sənədi – Şuşa Bəyannaməsi imzalandı.
“Yaxşı dost yaman gündə tanınar” deyiblər. Türkiyə də, Pakistan da Azərbaycana müharibədə səmimi, mənəvi dəstək olmaqla təsdiqlədilər ki, birliyin gücü işğalın gücündən qüdrətli olur.
28 May Müstəqillik Günündə Laçında Beynəlxalq Hava Limanının açılışı mərasimi oldu. Mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də iştirak etdi.
Mahiyyəti baxımından işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin tərkib hissələrindən biri olan Laçın Beynəlxalq Hava Limanının açılışı həm də beynəlxalq münasibətlərin subyektlərinin mühüm vasitələrindən biri kimi dəyərləndirilir.
Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi: Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik”.
Hər dövlət həm də ordusunun gücü ilə tanınır, Ordu müdafiə sahəsində gücləndirilməsi ilə. Bu amili diqqətə çatdıran dövlət başçımız dedi ki, “Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir”...
Laçında üç qardaş dövlətin başçılarının Zirvə görüşü bir gerçəkliyin manifesti oldu: Dostluq qətiyyətin, mənəvi birliyin, hərbi əməkdaşlığın təsahürüdür. Belə dostluq qüdrətdir!..
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 May 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see506

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see480

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see274

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see258

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see241

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see233

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see231

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see230

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see225

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see208

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see188

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see185

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see183

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see179

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri