Icma.az
close
up
RU
Şəmkir korpusunun sabiq komandiri vəfat etdi FOTO KONKRET

Şəmkir korpusunun sabiq komandiri vəfat etdi FOTO KONKRET

Şəmkir korpusunun sabiq komandiri Çingiz Şəfiyev vəfat edib.

KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, 56 yaşında dünyasını dəyişib.

Onun uzunsürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Ç.Şəfiyev uzun müddət Müdafiə Nazirliyinin tərkibində hərbi hissə və birləşmələrdə komandir vəzifəsində xidmət edib. O, 2011-ci ildə N saylı hərbi hissədə baş vermiş əsgər ölümlərinə görə vəzifəsindən azad edilmiş, general-mayor rütbəsi bir pillə aşağı salınmışdı. Onu bu vəzifədə hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərov əvəzləmişdi.

Çingiz Şəfiyev son olaraq idmanın cüdo sahəsində çalışırdı. O, bu il “Judo Club 2012” idman klubunun direktoru vəzifəsinə təyin olunmuşdu.

KONKRET.az

seeBaxış sayı:48
embedMənbə:https://konkret.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri