Şəmkirdə fərdi sahibkara məxsus obyekt ikinci dəfə bağlandı VİDEO
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şəmkir rayonu, “Ağ dağlar” yolunun yaxınlığında fəaliyyət göstərən fərdi sahibkar Əliyev Nəriman Yalçın oğluna məxsus maye qazdoldurma məntəqəsində təkrar yoxlama aparılıb.
Hurriyyet.media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata əsasən, yoxlama zamanı müəyyən olunub ki, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən bir müddət əvvəl istismarı dayandırılmış 2 ədəd təzyiq altında işləyən tutumla bağlı pozuntular aradan qaldırılmayıb və qanunsuz şəkildə istismarı bərpa edilib.
Belə ki, tutumların bundan əvvəl aşkar olunmuş istismar müddətinin bitməsi, tam texniki müayinələrinin aparılmaması, həmçinin nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmaması kimi pozuntular bir daha müəyyən olunub.
Aşkarlanmış pozuntuların insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratdığı nəzərə alınaraq, 2 ədəd təzyiq altında işləyən tutumun istismarı yenidən dayandırılıb. Həmçinin, pozuntuların aradan qaldırılması üçün tərtib edilmiş aktın və Agentliyin müvafiq qərarının surəti sahibkara təqdim edilib.
Baxış sayı:89
Bu xəbər 21 Avqust 2026 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















