Şəmkirdə maskalı şəxs ev sahibinə xəsarət yetirərək pulunu ələ keçirib
Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şəmkirdə maskalanmış şəxs tərəfindən törədilən quldurluq cinayəti açılıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən evlərdən birinə maskalanmış formada daxil olan naməlum şəxs ev sahibinə küt alətlə xəsarət yetirərək pul vəsaitini ələ keçirib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən qeyri-aşkar şəraitdə törədilən cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, 44 yaşlı Akif Məmmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Masallıda maskalı şəxs ev sahibinə xəsarət yetirib
15 Avqust 2025 11:02
Şəmkirdə evə girən maskalı şəxs saxlanıldı
19 Oktyabr 2025 15:09
Şəmkirdə maskalı şəxs tərəfindən quldurluq edilib
23 Oktyabr 2025 11:26
Şəmkirdə maskalı şəxs evə basqın etdi VİDEO
23 Oktyabr 2025 11:24
Şəmkirdə EVƏ BASQIN: maskalı şəxs ev yiyəsini döyüb pullarını apardı VİDEO
23 Oktyabr 2025 11:27

