Şəmkirdə odlu silah və narkotikə görə üç nəfər həbs edilib
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Şəmkir rayonunda üç nəfərdən odlu silahlar və narkotik götürülüb.
"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkirdə polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən və üzərində odlu silah-sursat saxlayan 41 yaşlı Ruslan Musayev, 36 yaşlı Ramin Adıgözəlov və 35 yaşlı Arzu Əlizadə saxlanılıblar.
R.Musayevdən marixuana, “Kalaşnikov” avtomatı, daraq, 12 ədəd patron, R.Adıgözəlovdan “Makarov” tapançası, sandıqca, 4 ədəd patron, A.Əlizadədən isə 4 kiloqrama yaxın narkotik vasitə tiryək və heroin aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanıb, hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Şəmkirdə quldurluq: üç nəfər saxlanıldı FOTOLAR
07 Aprel 2025 08:56
Şəmkirdə mübahisə zəminində üç nəfər bıçaqlanıb, biri ölüb
09 Noyabr 2024 02:02
Şəmkirdə iki nəfər bıçaqlanıb
12 İyun 2025 15:39
Şəmkirdə üç uşağın suda boğulmasının bəzi təfərrüatları
04 İyul 2025 22:33
Şəmkirdə iki nəfər qidadan zəhərlənib
15 Mart 2025 09:31

