Icma.az
close
up
RU
Şəmsiyyə Namazova: Ağıllı saatlara çox da güvənməyin

Şəmsiyyə Namazova: Ağıllı saatlara çox da güvənməyin

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu saatlar yalnız həyat tərzinə nəzarət və ilkin müşahidə üçün istifadə olunmalıdır”

 “Ürək xəstəliyi şübhəsi varsa, mütləq həkim müayinəsi vacibdir”

Son illər sağlamlıq üçün nəzərdə tutulan “ağıllı” saatlar, bilərziklər və üzüklər sürətlə populyarlaşır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu cihazlar istifadəçilər üçün risk yarada bilər. “Rəqəmsal Tibb” klubunun iclasında bildirilib ki, müasir cihazlar bəzən həyatı xilas etsələr də, “müvəqqəti təhlükəsizlik illüziyası” yarada bilər. Məsələn, ürək ritmində dəyişiklik barədə xəbərdarlıq müəyyən hallarda vaxtında həkimə müraciətə səbəb olur. Amma cihaz heç bir problem göstərmirsə, insanlar tam sağlam olduqlarını düşünərək müayinədən yayınır. Ekspertlər həmçinin cihazların ölçmə dəqiqliyinin hələ də qeyri-stabil olduğunu vurğulayıb. Buna misal olaraq, Kanadada 1 ildə "Apple Watch"in avtomatik göndərdiyi 800 təcili yardım çağırışının 90 faizi yanlış olub. Bu isə səhiyyə xidmətləri üçün böyük yük yaradır. Bununla belə, bu cihazların faydalı tərəfləri də var. Onlar yuxunun ümumi keyfiyyətini, fiziki aktivliyi və addım sayını kifayət qədər dəqiq qeydə alır. Mütəxəssislərə görə, bu məlumatlar insanın gündəlik sağlamlıq vərdişlərini nəzarətdə saxlamasına kömək edir.

Terapevt Şəmsiyyə Namazova Sherg.az-a bildirib ki, “ağıllı” saat və biləyə taxılan fitnes-trekerlər insanın nəbzini izləmək üçün əlverişli vasitə sayılsa da, bu cihazlar yalnız gündəlik monitorinq məqsədilə etibarlı ola bilər:

“Xəstəliyin diaqnozu üçün tam tibbi cihaz kimi qəbul edilmir, yəni onlar ürək döyüntüsünü və ritmini müşahidə etməyə, fiziki aktivlik zamanı dəyişiklikləri izləməyə kömək etsə də, nəticələrin bəzən qeyri-dəqiq olması, xüsusilə fiziki hərəkət, dəri kontaktı və digər texniki amillərdən asılılığı səbəbilə, ürək xəstəlikləri və ya ritm pozuntusu şübhəsi olduğu hallarda mütləq həkim müayinəsinə, EKQ və digər peşəkar diaqnostikaya ehtiyac duyulur. Sensorların dəqiqliyi hər zaman stabil olmur. Bu səbəbdən cihazlardan gələn göstəricilərə tam güvənmək və onları həkim rəyinin əvəzi kimi qəbul etmək sağlamlıq riskləri yaradır. Tövsiyə olunur ki, bu cihazlar yalnız həyat tərzinə nəzarət və ilkin göstəricilərin izlənməsi üçün istifadə edilsin. Xüsusilə xroniki xəstəlikləri olan insanlar üçün ağıllı saatlar yalnız əlavə müşahidə vasitəsidir, diaqnostik qərar üçün əsas deyil. Doğru diaqnozun yeganə etibarlı yolu peşəkar tibbi müayinədən keçməkdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Noyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri