Icma.az
close
up
RU
Sənaye Sİ ə güvənməyə hazırdır

Sənaye Sİ ə güvənməyə hazırdır

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Hər 5-ci müəssisə bu texnologiyadan kibertəhlükəsizlikdə daha geniş tətbiqi planlaşdırır

Dünya üzrə sənaye şirkətlərinin 21 faizi kibertəhlükəsizlik problemlərini həll etmək üçün süni intellekt texnologiyalarından istifadəni həm müvafiq xarici xidmətlər, həm də daxili məhsullar hesabına genişləndirməyi planlaşdırır. Kaspersky-nin daxili tədqiqat mərkəzinin analoji məlumatları* sənaye təhlükəsizliyi üzrə beynəlxalq tədbir olan “Kaspersky Industrial Cybersecurity Conference”də təqdim edilib.

Enerji şirkətləri süni intellekti informasiya təhlükəsizliyinə ən aktiv inteqrasiya etməyi planlaşdırmaqla ümumi müəssisələrin 25 faizini təşkil edir. Bu rəqəm nəqliyyat sənayesi üçün 21 faiz, istehsal sektoru üçün isə 18 faizdir.

“Sənaye sektoru hazırda süni intellektin eksperimental texnologiyadan əsas biznes və istehsal proseslərinə inteqrasiya olunan praktik alətə çevrildiyi bir mərhələdədir. Bu, səmərəliliyin artırılması üçün geniş imkanlar açır, həm də təhlükəsizliyə yeni bir yanaşma tələb edir. Riskləri yalnız süni intellektin tətbiqi mərhələsində deyil, eyni zamanda bu cür həllərin model seçimindən və giriş konfiqurasiyasından süni intellekt agentlərinin hərəkətlərinin monitorinqinə qədər bütöv həyat dövrü ərzində nəzərə almaq vacibdir”, - deyə Kaspersky-nin Rusiya və MDB-də Biznesin inkişafı üzrə vitse-prezidenti Anna Kulaşova bildirir.

Kaspersky 20 ildən çoxdur ki, təşkilatlara aktual biznes problemlərini həll etməyə kömək edən süni intellekt və maşın öyrənmə texnologiyaları hazırlayır. Şirkətin süni intellekt əsaslı məhsulları təhdidləri aşkarlayır, onların ciddiliyini qiymətləndirir və hadisələrə real vaxt rejimində cavab verir. Onlar daha məlumatlı qərar qəbul etməyə və təhlükəsizlik proseslərini miqyaslandırmağa kömək edir, bununla yanaşı, səmərəliliyi və şəffaflığı artırır. Məsələn, şirkətin SIEM sistemində və digər həllərində təşkilatlar daxilində təhlükəsizlik hadisələrini təhlil etmək üçün süni intellektdən istifadə edən analitik köməkçi Kaspersky Investigation and Response Assistant (KIRA) mövcuddur. Bu alət 2026-cı ildə Federal Əqli Mülkiyyət Xidmətində qeydiyyata alınıb.

M.MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri