Sənaye zonalarında istehsalın həcmi açıqlanıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 31 avqust, AZƏRTAC
2026-cı ilin birinci yarısında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi 1 milyard 940 milyon manata çatıb.
Bu barədə AZƏRTAC-a açıqlamasında İZİA-nın Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Taleh Quliyev deyib.
O bildirib ki, qeyd olunan dövrdə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artıb.
“Bu dövrdə istehsal olunan məhsulların 554,7 milyon manatlıq hissəsi ixrac edilib. İnvestorların fəaliyyətinin təşviqi məqsədilə sənaye parklarının rezidentlərinə qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə mühüm vergi və gömrük güzəştləri tətbiq olunur. Belə ki, rezidentlər əmlak, torpaq və mənfəət vergilərindən azad edilir, həmçinin istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə 10 il müddətində ƏDV və gömrük rüsumu tətbiq edilmir. Bu güzəştlər investorların xərclərinin optimallaşdırılmasına, istehsal imkanlarının genişləndirilməsinə və yeni investisiyaların cəlbinə əlavə stimul yaradır”, - deyə Taleh Quliyev vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 31 Avqust 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















