Icma.az
close
up
RU
Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Banu Muharremin şeirləri

Qəlbimin ən dərin, isti yerində,

adı sevda olan soyuq bir xəncər.

tutub çıxarsan...

 - tutub çıxarsan...

Uçqundan sağ  çıxmış körpə

uşaq tək,

nəmli bir şəhərin toranlığında,

 leysan buludlara meydan oxuyan saralmış bir yarpaq.

Tutub qoparsan...

Tutub qoparsan...

Qürurun bitdiyi  dərd toxluğunda,

Göylərdə yeriyib, yerlərdə uçan,

qəribə ruhumdan qopsa həyəcan.

Qucub saxlasan...

 - Qucub saxlasan...

Xəyal quranlara  həsəd aparsan,

Udqunub susduğum xəyallarımda,

qalın  bir kitablıq  nə çox sözüm var.        

Ömür tükənməmiş,

yuxum gəlməmiş

-susub oxusan...

-susub oxusan...

Qarın doyurmayan sönük ümidlə,

vitrin şüşəsinə yansıyar gözüm,

-baxıb utansan..

-baxıb utansan..

Darıxmaq qorxusu, qırğınlıqları,

itən sevgilərin, gedən dostların

Üzünə həkk olar son ünvanları..

daha qayıtsan...

 - daha qayıtsan.

****

Ürəyim od, canımdadır yanğısı,

dərd gələndən bu dünyanın ağrısı.

İmansızın bağrımdakı sancısın..

çəkəmmədim, çəkəmmədim

niyəsə..

Bir bəndədə tək xislətə vuruldum.

Saat kimi hər gün ona quruldum..

Qanad çaldım,sərhəddində

yoruldum,

Keçəmmədim, keçəmmədim

niyəsə..

Tilsimlənib itirirdim qayəmi,

Ondan aldım hər zəhərli mayemi.

Süzüb- süzüb uzatdığı badəmi

içəmmədim, içəmmədim niyəsə..

Don dəyişib hər cür

rəngə büründü,

Mən görmədim,

göy üzündən göründü,

Göz dağımın yamacından süründü.

Seçəmmədim, seçəmmədim

niyəsə..

Vaxt var idi,  sözə baxan uşaqdım

İllər keçdi, gözdən sözü oxudum.

Hər ötənə ürəyiyumuşaqdım

Mərhəmətdən səhvə düzü

toxudum.

Öyrəndim ki, belə olur hardasa-

“köhnə əşya, sökük süfrə atılır”.

And içdiyin, can verdiyin qaldısa

Geci-tezi, düşməninə satılır.

 Susduğumda gileylənən dostlarım

dərdləşdikcə dedilər ki:

“xəstədir”

Yanağıma gülüş kimi sıxdığım-

hər addımım keçmişimə bəstədir.

Vərəqini bir ümidsiz baxışla

Çox qadın var, göz yaşıyla isladan.

Əlindəki quru taxta qaşıqla

qazanında “kimsəsizlik” qaynadan.

Daha yoxdur o uşaqdan əlamət

Daha indi o qadın da yorulur.

Neçə-neçə uydurduğu hekayət

Uzun yolun yarısına yozulur.

****

Dünyaya doymayan qullar

nə tapdılar..Nə tapdılar?!

Allahını sevən kəslər nurlu xəzinə tapdılar.

Göyün günəşi dönəndə

qafil sahibsizdir sanar

Aşiqlər Rəbbin ananda

ruhu divanə tapdılar.

Gizlicə bir haldır kədər..ürəkdə ibadət edər.

Dərviş nəfsini güdəndə halı

viranə tapdılar.

Dumanlı köşklərdə ömrün!

Vaxtı bitəndə hər ömrün

Könlü yanğın-kül içində

seyrə bəhanə tapdılar.

****

Ömrümüzdən keçmədi,

ömür bizdən keçdi  e.

Nənəm,babam qolumda,

qolumda  keçindi e..

Kaş oğul doğulardım

bir bəhanəm olardı-

Qız doğulmaq  heçdi e.

Nə uşaqlıq  yaşadıq,

nə gənclik gördük elə.

Sizin yeni şəhərdən

Tramvay keçir hələ?!

“Ömür” qoyub adını

Bizim tramvay keçir.

O da yaman bicdi e..

Daha nə öyrənmədik?!

Bir ürək, içində ox.

Bir nağıl danışdılar

Biri vardı biri yox.

Hansı gözəl günlərin

Yoluna alma qoyduq?!

Hələ sayı üçdü e..

Nəfəs verib göndərən

Nəfəs  alıb aparar.

Mələk gətirən fələk

Kəfən çəkər  aparar

Hər şey əvəz-əvəzdir

Nəfəs də bir qumardı.

Oynamayan gicdi e..

Nə yazım sakitləşim

Mənə baxan varağa.

Bu dünyada qalacaq

Nə mal var ,nə də Ağa.

Göydən səda  gəlməsin-

“Gəl, yenidən yazmağa!”

Daha məndən keçdi e..

****

Mənə bir nağıl uydur

Ucu yonuq qələmdən.

Bir sığal çələngi qur

Sözlü kələklərindən

Sevgi boya gözümə

Rəngi dodaq balından

Düşün ki, ibarətik

Bir Adəm adasından.

Tırtılını soyundur.

Məxmər kəpənəyindən

Təsəllinə  sığınım.

Tanrı bələklərindən

Bu qaranlıq gecədə

Hayqırışlar boşuna

Sevgi niyə getmir ki

Allahının xoşuna?!

Sağ üzümdə xala bax,

Soldan  utanmışlığa.

Biz nə vaxtdan tanışıq?!

Təninə acmışlığa.

Bu darıxmaq  sözünün

ocağını sən qala.

Süfrə ola, sübh ola.

Eşqi süzək bardağa. 

Cığallıq oynamayaq

Dürüstlüyün eşqinə

Sinəndən ulduz uçsun.

Dil-dilə ilişəndə.

Nəisə, oyan artıq

Sünbüllər də oyanıb.

Nə şıltaq yuxu idi))

Axmaq bizə  aldanıb.

****

Bu sarmaşıq əlləri qır, apar sənin olsun,

Əlli-qollu sevincim sehirli pərin olsun,

İki kəlməlik sözüm həyəcan tərin olsun-

Sərin olsun bağçalar.

Qəhvə,badam gözləri sür,apar

gəmin olsun,

Əllidonlu baxışım səbrli dəmin

olsun,

İki gülməklik sözüm dərmanın, həbin olsun-

Şirin olsun alçalar.

Bu yorulmaz dizləri yor,

apar- çəmin olsun,

Əlidolu kürəyim səhərli

çənin olsun,

İki ölməlik sözüm

sübhəcən təbin olsun-

Şeir dolsun dolçalar.

***

Gəl yanımda  otur biraz dərdləşək

Könlümüzdən kəlmə kəsək, dərd kəsək.

Çarə qılaq  başımıza ,özümüzə gəlməsək

çay dəmləyim gül çayından

səninçün

Bir səhəri  gözüaçıq açarsanmı mənimçün?

Öncə çəkin söz deməyə, az utan

Mən sirr verim, sən ol mənə  söz tutan.

Çəmən dizi, budaq qolu

əncir dodağa satan

sevgim olma, mən unudum

səninçün

İncidərsən sonra yenə,

gülümsərsən mənimçün.

Yenə denən-cümlələri ikibaşlı, çərpələng..

Yenə demə-“sevməsəm də

sevilirəm, ay qəşəng ”

Boyun nəki? Yaşın nə ki? Sevgim sözündən nəhəng,

Təkrar mövzu, paraqrafdı

mənimçün.

Yüz könüldən min könülə yol olarsan özünçün.

Gözünü çək  gödəkçəmin

rəngindən

Mavi tapmaq çətin deyil,

fevri dəniz,göyündən.

Dal xəyala, sənə baxım o sevdiyin  gözümdən

Düş zirvəyə, en səmaya, zaman topla mənimçün,

Səbət -səbət  həyəcanla darıxmaq dər özünçün.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:80
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 May 2025 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviakompaniyalar Aİ rəhbərliyindən sərhəd yoxlamalarının yumşaldılmasını istəyir

01 İyul 2026 09:43see457

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

02 İyul 2026 08:06see432

Qanunun keşiyində: 2 İyul Azərbaycan Polisi Günüdür

01 İyul 2026 12:58see368

DÇ 26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA

01 İyul 2026 10:00see321

Gələcəkdə bir damla su uğrunda bir damla qan axıdılacaq NASA a alimindən Şərq ə MÜSAHİBƏ

01 İyul 2026 19:59see267

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see250

MOİK ə 280 manat cəza

02 İyul 2026 01:55see209

Yaddaşlara həkk olunan “Məzun günü”

01 İyul 2026 16:51see204

Həddindən artıq istilərdə nə yeməli, nə içməli ? Düzgün qidalanma

01 İyul 2026 22:45see202

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see197

Minatəmizləmə, səhiyyə və kəndlər üçün ayrıca 20 milyon avro...

02 İyul 2026 04:16see187

Kanada “Avroviziya”ya qoşulub

01 İyul 2026 18:58see179

Stomatoloq dövrü sona çatır: Dişlərimizi robotlar düzəldəcək

01 İyul 2026 22:36see168

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

01 İyul 2026 22:43see165

Xəstəxanalar iynəyarpaqlı ağaclarla niyə əhatələnir?

01 İyul 2026 19:03see163

Çinin bu kanalı nəzarətə götürməsinə imkan vermərik Tramp

02 İyul 2026 01:21see155

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see155

Trampdan bu ölkələrə PİS XƏBƏR

02 İyul 2026 04:05see153

Tramp: Kuba ABŞ a doğru irəliləyir

02 İyul 2026 02:25see152

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 İyul 2026 16:18see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri