Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

​SƏNƏDSİZ EVLƏRİN SƏNƏDLƏŞDİRİLMƏSİ ÜÇÜN ŞƏRTLƏR Kimlərə çıxarış veriləcək?

​SƏNƏDSİZ EVLƏRİN SƏNƏDLƏŞDİRİLMƏSİ ÜÇÜN ŞƏRTLƏR Kimlərə çıxarış veriləcək?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda sənədsiz evlərlə bağlı “əmlak amnistiyası” məsələsi uzun illərdir müzakirə olunur. Xüsusilə çıxarış ala bilməyən yaşayış evlərinin leqallaşdırılması və vətəndaşların mülkiyyət hüquqlarının tanınması əsas gözləntilər sırasındadır. Belə bir mexanizmin tətbiqi sənədsiz ev sahiblərinin əmlakını rəsmiləşdirməsinə və kommunal problemlərin həllinə imkan yarada bilər.

Əmlak amnistiyası hansı sənədsiz evlərə şamil oluna bilər? Sənədsiz evlərin leqallaşdırılması üçün hansı meyarlar əsas götürülməlidir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı müvafiq müzakirələr aparılıb və məsələnin, böyük ehtimalla, Prezidentin müvafiq sərəncamından sonra həllini tapacağı gözlənilir.

Onun sözlərinə görə, burada əsas problem evlərin deyil, həmin tikililərin yerləşdiyi torpaq sahələrinin hüquqi statusu ilə bağlıdır. Belə ki, sənədsiz evlərin əksəriyyəti dövlət və ya bələdiyyə torpaqlarında, bir qismi isə müəssisələrə məxsus ərazilərdə inşa edilib: “Evlərə çıxarışların verilməsi ilə bağlı ciddi problem yoxdur. Əsas çətinlik həmin evlərin yerləşdiyi torpaq sahələrinin hüquqi statusudur. Çıxarış verildikdən sonra həmin torpaqların aqibətinin necə olacağı məsələsi ortaya çıxır. Bəzi evlərin yerləşdiyi ərazilərin statusu isə onların sənədləşdirilməsinə imkan verməyə bilər. Söhbət neft müqavilələrinin əhatə etdiyi ərazilərdən, yüksək gərginlikli elektrik xətlərinin və yüksək təzyiqli qaz kəmərlərinin altından, su kəmərlərinin üzərindən, həmçinin dəmir yollarının yaxınlığından gedir. İnsanların təhlükəsizliyi üçün risk yaradan belə ərazilərdə yerləşən evlərin gələcəkdə sökülməsi də mümkündür”.


R.Qasımzadə əlavə edib ki, bələdiyyə mülkiyyətində olan torpaqlarda inşa edilmiş bəzi sənədsiz evlərlə bağlı artıq həll yolu müəyyənləşdirilib. Belə hallarda vətəndaşların bələdiyyələrə müraciət etməsi, zəbt olunmuş torpaq sahələrinin isə bazar qiymətinə uyğun olaraq onlara satılması nəzərdə tutulur: “Bu proses artıq respublikanın digər rayonlarında həyata keçirilir. Bakı və Abşeronda da tətbiqi nəzərdə tutulur. Radiasiya çirklənməsinə məruz qalmış ərazilərdə və onlara yaxın sahələrdə, həmçinin neft müqavilələrinin əhatə etdiyi torpaqlarda, yüksək təzyiqli qaz kəmərlərinin və yüksək gərginlikli elektrik xətlərinin altında, eləcə də insanların təhlükəsizliyinə birbaşa təhdid yaradan digər ərazilərdə yerləşən evlərə çıxarış verilməsi mümkün olmayacaq”.

Ekspert kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən evlərin də vəziyyətinin ayrıca qiymətləndiriləcəyini bildirib: “Torpağın təyinatının dəyişdirilməsi mümkün olduğu halda həmin evlərin də sənədləşdirilməsi mümkün ola bilər. Digər yaşayış məntəqələrinin ərazisində yerləşən fərdi yaşayış evləri ilə bağlı isə ciddi problem gözlənilmir. Həmin evlərə çıxarışların verilməsi, dövlət və ya bələdiyyə mülkiyyətində olan və vətəndaşlar tərəfindən zəbt edilmiş torpaq sahələrinin isə mərhələli şəkildə satılması həyata keçirilə bilər”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Avqust 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see640

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see376

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see345

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see256

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see249

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see247

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see232

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see224

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see224

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see215

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see209

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see200

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see197

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see196

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see194

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see192

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see186

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see183

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see175

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri