Icma.az
close
up
RU
Sənət üçün hər şeydən keçən Xalq artisti

Sənət üçün hər şeydən keçən Xalq artisti

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün onun anım günüdür.

Deyirdi ki:- “Mən beş yaşımdan səhnəyə bağlı olmuşam. Harada oxusam da, boş vaxtımı hər zaman səhnədə keçirmişəm. Bağçada, məktəbdə şeirlər demişəm, dram dərnəklərində tamaşalardan parçalar oynamışam. Həyatımın bir tərəfi oxumaqla, işləməklə keçibsə, digər tərəfində isə hər zaman incəsənət olub. Sonralar incəsənət mənim bütün varlığıma hakim oldu. Uşaq idim, məktəbdə rus sektorunda təhsil alırdım, amma evə gəlib qardaşımın doğma dilimizdə “Ədəbiyyat müntəxabatı” kitabını oxuyurdum. İnanmazsınız, Səməd Vurğunun “Vaqif” dramını dəfələrlə oxuyub əzbərləmişdim. Özümdən asılı deyildi, həmin əsəri çox sevirdim. Tale elə gətirdi ki, illər sonra Akademik Milli Dram Teatrında Xuraman obrazını oynadım, amma mənə həmişə Qacar, Vəli obrazları maraqlı olub.”

Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, “Şöhrət” ordeninə layiq görülmüşdü, dövlət mükafatı laureatıydı. Prezidentin fərdi təqaüdünü alırdı. Qırx yeddi filmə çəkilmişdi. Sonuncu dəfə “Yuxu” filmində Xuşud obrazını yaratsa da, xəstəliyi ilə əlaqədar sonradan heç bir fimə çəkilmədi. Şəkər xəstəliyi onu ruhdan salmışdı...

Haqqında söhbət açdığım Zərnigar Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində dünya gəlib. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Aktyorluq fəaliyyətinin başlaması ilə təxminən eyni zamanda qurduğu ailə həyatının ömrü 11 il olub. Və ötən müddətdə övladları olmayıb. 8 fevral 2018-ci ildə ürək çatışmazlığından Bakıda vəfat edib. Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.

“Mən sənət üçün hər şeyimdən keçən insanam. Bütün varlığım sənətdir.”- söyləyirdi.

Yaşasaydı noyabrın 6-da 80 yaşı tamam olacaqdı, təəssüf ki, bu gün onun vəfatından yeddi il ötür...

Ruhu şad olsun!

Dərin hüznlə, Elman Eldaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Fevral 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri