Icma.az
close
up
RU
Rənglərin sənət nağılı

Rənglərin sənət nağılı

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Xalq rəssamı Səttar Bəhlulzadənin Bakının Əmircan qəsəbəsindəki ev-muzeyində onun ömür yolunun silinməz izləri əbədiləşib

O, hər səhər etüd çantasını əlinə götürüb bu pilləkənlərlə düşərək Xəzərin qayalara, qumlu sahillərə çırpılıb qayıdan sularını, şahə qalxan dalğaları doyunca seyr edib.

Təkcə bu yerlərə layla çalan mavi Xəzəri yox, gülləri-çiçəkləri, bağ-bağçaları, dağları, qayaları, ətrafda nə varsa, hər şeyi. Axşamlar qayıdıb gələndə dolanbac pilləkənlərlə evə qalxıb. Sonra gördüklərini arıq, uzun barmaqları ilə kətan üzərinə köçürüb. Mahir fırça ustasının yaratdığı ecazkar tablolar ona tamaşa edən hər kəsi heyran edib.

Dahi rəssam anası Hökümə və bacısı ilə birlikdə ömrünün sonunadək bu evdə yaşayıb. Burada hər şey onu xatırladır. Şkafda Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, impressionizmin banisi hesab olunan Səttar Bəhlulzadənin Azərbaycanın müxtəlif guşələrindən topladığı minerallar, daşlar, balıqqulaqları onun çox sevdiyi yadigarlardır. Onların hamısını öz əlləri ilə toplayıb, çünki o, bu torpağın, onun bəxş etdiyi gözəlliklərin vurğunu, məftunu idi.

Səttar Bəhlulzadənin ev-muzeyinin direktoru Pərzad Abdinova eksponatlar haqqında məlumat verir. O, rəssamın bacısının nəvəsidir, ona nənəsinin adını veriblər. Pərzad “Səttar Bəhlulzadənin əsərləri” mövzusunda elmi iş müdafiə edib, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

Muzeyin direktoru ilk otaqda divardakı bir rəsmin önündə ayaq saxlayaraq deyir: “Böyük rəssamın yaratdıqları əsərlərin heç də hamısı kətan, molbert üzərində əks olunmayıb. O, bağ evlərində, hətta divarlarda da rəsmlər şəkib. Bu şəkildə Səttar babanın rəssam dostu Oqtay Sadıqzadənin bağ evinin divarı əks olunub. Ondan başqa Nəcəfqulu İsmayılov və Kamil Xanlarovun bağ evinin divarına da rəsm çəkib. Təəssüf ki, həmin rəsmlər divar üzərində əks olunub. Əgər onları kətan üzərində çəkmiş olsaydı, onun sənət xəzinəsində indiyədək yaşayardı”.

Ev-muzeyində ikinci otaq rəssamın emalatxanasıdır. Əslində, o, öz əsərlərinin böyük bir hissəsini Nərimanov rayonundakı bazarın yanında, sonralar isə İnşaatçılar prospektindəki Rəssamlar evində yaradıb.

Tən ortada molbert qoyulub, palitra, fırçalar, boyalar, etüd çantası... Dünyanın nəhəng sərgi salonlarını Qahirə, Vyana, Berlin, Paris, Neapol, Monreal, Havana, Nyu-York, Moskva, Minsk, Bonn, İstanbul, Tiflis, Praqa və digər şəhərlərdə nümayiş olunan əsərlər məhz bu fırçaların, rənglərin vasitəsi ilə yaradılıb.

Bir az küncdə dördkünc yazı stolu, güldan, ev əşyaları, kompozisiyalarda istifadə etdiyi etnoqrafik əşyalar, mis qablar, radioqəbuledici... Bu radioqəbuledicidə fırça ustası kimlərə qulaq asıb, hansı musiqiləri dinləyib?

Sonra yataq otağı gəlir. Hər axşam məşhur rəssamın ata ocağındakı yataq otağı gərgin iş günündən sonra onun yaradıcılıq axtarışlarına və romantik duyğularına qanad açıb.

Yataq otağında rəssamın yaşadığı illərdəki mebel, avadanlıq, televizor, ümumi mühit olduğu kimi qorunub saxlanılıb. Pəncərə önündə patefon və üzərində Əməkdar artıst Gülağa Məmmədovun ona bağışladığı plastinka...

Sonra qonaq otağı. Burada da stol, stul, kreslo, şkaflar eynən məşhur rəssamın öz dövründə olduğu kimi saxlanılıb. Ona bağışlanan kitablar, əşyalar, divarlardan asılmış portretlər, televizor zamanın qanadlarını qıraraq adamı rəssamın yaşadığı dövrə aparır.

Ev-muzeyindəki kiçik otaqların qarşısındakı zalda Səttar Bəhlulzadəyə göndərilən məktublar, rəssamın əsərlərindən ibarət müxtəlif dillərdə dərc olunan kataloqlar, nəqliyyat vasitələrinə, elektrik qatarına minmək üçün istifadə etdiyi biletlər, öz əlləri ilə yazdığı gündəlikdən səhifələr, sənət dostu Maral Rəhmanzadə, kimyaçı professor Həbib Məmmədəliyev, partiya işçisi Pyotr Yelistratov və sənətşünas Qriqoriy Anisimovun ona ünvanlanan məktubları, həmkarları Mikayıl Abdullayev və Tahir Salahovun təbrik teleqramları, rəssamın fərdi sərgisinə dəvətnamələr, şəxsi sənədləri və tarixi əhəmiyyət kəsb edən eksponatlar nümayiş etdirilir. Əlbəttə ki, yenə də etüd çantası, palitra və fırçalar...

Divarlarda “Mənim anam”, “Kəpəzin göz yaşları”, “Bazar düzü” və başqa məşhur əsərlərin reproduksiyası asılıb. Rəssam şəxsi gündəliyində yazırdı: “Dağlar isə elə bil ki, məxmər xalçadır, üzərindəki bu rəngarəng güllər onun nəqşləridir. Şamaxıya qədər gedən yol boyunca dağlar və çiçəklər dəyişir və cürbəcür koloritə girir”.

Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadə yaradıcılığı boyu çox əsərlər çəkib. Onun ayrı-ayrı fondlarda saxlanılanı da var, ev-muzeyində qorunanı da. Rəssam təxminən, 1000-ə yaxın rəsm əsərlərinin xeyli bir hissəsini dost-tanışa bağışlayıb. Onun 18 əsəri Dövlət Rəsm Qalereyasında, 10-u Tretyakov qalereyasında, 13-ü Şərq Xalqları muzeyində, qalanları Milli İncəsənət muzeyində saxlanılır. Bir hissəsi isə ev-muzeyində saxlanılır.

O, dünyaya bu həyətdə salam verib, ilk dəfə bu həyətdə üst-başını toz-torpağa batırıb, uşaqlığını bu həyətdəki ağacların dibində itirib. Dünyaya, çox sevdiyi Abşerona, mavi Xəzərə də ilk dəfə bu evdən, bu həyətdən boylanıb. Onun fırçasından qopan rənglər və naxışlar doğulduğu kəndi, şəhəri, ölkəni bütün dünyaya tanıdıb. Səttar fırçasının yaratdığı gözəlliklər onun sənətini, evmuzeyinin eksponatlar isə rəssamın əziz xatirəsini yaşadır...

Süleyman QARADAĞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Dekabr 2024 01:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri