Icma.az
close
up
RU
Sənətdə Zəfərin izi: Qarabağdan ilhamlanan əsərlər

Sənətdə Zəfərin izi: Qarabağdan ilhamlanan əsərlər

Icma.az, Modern.az saytına istinadən bildirir.

Qarabağ mövzusu təsviri incəsənətdə bu gün də aktual olaraq qalmaqdadır. Lakin mövzunun emosional mahiyyəti zamanla ciddi dəyişikliklərə uğrayıb. Əgər əvvəlki dövrlərdə Qarabağ motivli əsərlərdə faciə, həsrət, itki və xalqın ağrı-acısı üstünlük təşkil edirdisə, son beş ildə yaranmış əsərlərdə əsas emosional xətti zəfər, qürur, sevinc və milli fəxarət hissi təşkil edir. Bunun başlıca səbəbi 44 günlük Vətən Müharibəsində əldə edilən tarixi zəfərdir. Bu zəfər Azərbaycan xalqının milli yaddaşında qızıl hərflərlə həkk olunmaqla yanaşı, müasir təsviri sənətdə də yeni bədii baxış formalaşdırmışdır.

ADMİU-nun “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov Modern.az-a açıqlamasında bildirib ki, müasir Azərbaycan rəngkarlığında zəfər ideyasını təcəssüm etdirən motivlər arasında “qəhrəmanlıq”, “şəhidlik”, “Dəmir yumruq”, “qələbə”, “qayıdış”, “xarıbülbül”, “Qarabağ atı” kimi simvollar xüsusi yer tutur. 
“Xüsusilə müzəffər ordumuzun Ali Baş Komandanı tərəfindən səsləndirilən “Dəmir yumruq” və “Əziz Şuşa, sən azadsan!” ifadələri rəssamların təsəvvüründə yeni bədii dil formalaşdırmışdır. Bu mənada Xalq rəssamı Arif Əzizin və Səmədağa Cəfərovun “Əziz Şuşa, sən azadsan!” (2020), Əməkdar rəssam Vüqar Əlinin “Zəfər” (2020), Samir Qafarovun “Dəmir yumruq” (2021) əsərləri xüsusilə qeyd edilməlidir. Bu əsərlərdə “Dəmir yumruq” obrazı torpaqların azadlığı uğrunda mübarizəyə qalxan xalqın birliyini, mənəvi qüdrətini və sarsılmaz iradəsini simvolizə edir. Realist və ümumiləşdirilmiş yanaşmanın sintezi bu əsərlərə həm tarixi sənədlik, həm də yüksək emosional təsir gücü bəxş etmişdir”.

Aslan Xəlilov bildirib ki, II Qarabağ müharibəsinin bədii təcəssümündə xarıbülbül motivi də xüsusi poetik-simvolik məna daşıyır. 
Xalq rəssamı Arif Əziz, Əməkdar rəssam Rəşad Cabarov, Samir Qafarov və Ülkər Quliyevanın 2020-ci illərdə yaratdıqları “Xarıbülbül” adlı əsərlər şəhidlərimizin əziz xatirəsinə ehtiramın bədii ifadəsi kimi dəyərləndirilir. Müxtəlif formal-estetik həllərə malik bu əsərlərdə xarıbülbül həm ağrının, həm də qürurun poetik ifadəsinə çevrilmişdir”.


Sənətşünas vurğulayıb ki, Zəfər mövzusunun digər ifadə forması Qarabağ atının bədii obrazıdır. 
“Mir Azər Abdullayevin “İrəli” (2020), Rəşad Cabarovun “Qarabağ atı” (2021), Ülkər Quliyevanın “Qarabağ atları, Qarabağ xalçasının izi ilə” (2020), Cəlal Ağayevin “Zəfər atı” (2023) əsərləri azadlıq, qəhrəmanlıq və döyüş ruhunun, o cümlədən davamlılığın bədii rəmzinə çevrilmişdir”.

Aslan Xəlilov Qarabağ atlarını bədii görüntüyə gətirən əsərlər içərisində müasir dövr Azərbaycan təsviri sənətinin gənc və olduqca istedadlı nümayəndələrindən olan Cəlal Ağayevin “Zəfər atı” (2023) adlı əsəri forma-biçim yeniliyi, kompozisiyası və semantik gücü ilə fərqləndiyini vurğulayıb:
“Əsərdə tünd qırmızı yerlikdən nura – işıqlı gələcəyə doğru irəliləyən Qarabağ atı təsvir edilib. Atın üzərindəki rombvarı saçaqlardan ibarət yəhərdə əksini tapmış yeddi rombun içərisində Qarabağın yeddi rayonunun “tanıtım nişanı”na çevrilən tarixi-memarlıq abidələri bədii görüntüyə gətirilib. Mərkəzi rombda Yuxarı Gövhər ağa məscidi (Şuşa, XVIII-XIX əsrlər), onun ətrafında isə saat əqrəbi istiqamətində ardıcıl şəkildə 11 aşırımlı Xudafərin körpüsü (Cəbrayıl, XIII əsr), Xaçın­dərbətli türbəsi (Ağdam, XIV əsr), Əhmədalılar türbəsi (Füzuli, XIII əsr), Xudavəng monastır kompleksi (Kəlbəcər, VIII-IX əsrlər), Məmmədbəyli türbəsi (Zəngilan, XIV əsr) və Hacı Bədəl körpüsü (Qubadlı, XIX əsr) verilib. Milli koloriti ilə seçilən əsərin kompozisiyasında istifadə olunan rəng və elementlərin hər biri rəssam tərəfindən düşünülmüş və məntiqi şəkildə həllini tapıb. Belə ki, atın tünd qırmızı yerlikdən nura doğru addımlaması Qarabağın şəhidlərimizin qanı bahasına azad olunmasını göstərir. Yəhəri sağ və sol tərəfdən əhatələyən dairəvi elementlər – Qarabağ xanlığının qalxanını simvolizə edir. Eyni zamanda bu qalxanlar kompozisiyada elə yerləşdirilib ki, Əsgəran qalasının (XVIII əsr) yuxarıdan görünüşünü əks etdirir. Digər elementlər – firuzə daşı qalibiyyəti, rubin isə qorxmazlığı – şücaəti ifadə edir. Atın zirehində əksini tapmış Xarıbülbül təsviri nurüzlü şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsidir. Odur ki, Xarıbülbülün məhz tünd fonda və qızılı rəngdə təsvir edilməsi şəhidlərin bəşəriyyətə şam kimi nur saçmalarını xarakterizə edir”. 

“Milli zəfərin emosional-sosial yükünü daşıyan əsərlər sırasında Əməkdar rəssam Vüqar Əlinin “Zəfərin halallığı” (triptix, 2020) “Əsgər atası” (triptix, 2025), həmçinin Nazim Məmmədovun “Zəfərin sonu” (2021) əsərləri xüsusi yer tutur. Bu əsərlərdə diqqət mərkəzinə vətən uğrunda canından keçən döyüşçülərin valideynləri, xüsusilə şəhid ataları və anaları gətirilmiş, obrazlar həm real, həm də ümumiləşdirilmiş səciyyə daşıyır. Ümumilikdə, son beş ildə yaranmış zəfər mövzulu əsərlər göstərir ki, müasir Azərbaycan rəssamları bu əsərlərlə Qarabağa və onun uğrunda canlarını fəda etmiş şəhidlərimizə, o cümlədən zəfərə bədii ehtiramın ən yüksək səviyyəsinə nail olmuşlar. Odur ki, zəfər motivli bu əsərlər müasir Azərbaycan təsviri sənətinin ən dəyərli səhifələrindən biri hesab edilir”- deyə Aslan Xəlilov bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Noyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see314

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see310

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see258

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see247

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see246

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see238

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see236

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see231

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see226

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see222

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see221

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see219

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see217

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see215

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see212

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see212

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see199

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see196

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see194

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri