Icma.az
close
up
RU
Sənəti küçəyə atılan məşhurlar və ailələrinin acı taleyi: Biri küçədə, o biri isə...

Sənəti küçəyə atılan məşhurlar və ailələrinin acı taleyi: Biri küçədə, o biri isə...

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məşhur aktyor Allahverdi Yolçuyevin son açıqlamaları cəmiyyətdə rezonans doğurub. Sənətkar hazırda küçədə corab satdığını və bu yolla gündə 10-15 manat qazandığını bildirib. Maddi çətinlik içində yaşadığını deyən aktyor heç kimdən yardım qəbul etmədiyini də vurğulayıb. Allahverdi Yolçuyevin bu sözləri sənət adamlarının sosial təminatı, onlara olan münasibət və dövlət dəstəyi ilə bağlı suallar yaradıb.

Mövzu ilə bağlı Yenisabah.az-a mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuri münasibət bildirib. O, aktyorun real durumu ilə bağlı dəqiq fikir bildirə bilmədiyini deyib:

“Dünən Allahverdi Yolçuyev Xəzər TV-də qonaq idi. Verilişdə mənim qızım da iştirak edirdi. Həmin proqramda bu barədə heç bir söhbət olmadı. Qızı da onunla birlikdə idi. Görünüşünə baxanda da heç nə hiss olunmurdu. Ona görə də məsələnin nə qədər doğru olduğunu deyə bilmirəm. Amma efirdə olduqca yaxşı görünürdü”. Sezar pizza

Rəhimə Nuri, ümumilikdə Allahverdi Yolçuyevin sənətdəki yerinə və sənət adamlarının hazırki durumuna da toxunub:

“O, elə yüksək səviyyədə tanınan aktyor olmayıb. Amma hər halda, insandır, səhnə fəaliyyəti olub. Hazırki durumu ürəkaçan deyil. Mən özüm belə Mədəniyyət Nazirinin qəbuluna düşə bilmirəm. Son illərdə nazir üç dəfə dəyişib. Birinci nazir hər dəfə “yaxşı” deyirdi, amma heç nə etmirdi. İndi Adil Kərimli gəlib, haqqında çox şey deyirlər, amma mən hələ onu görməmişəm. Beş ay öncə nazirin 4-cü və ya 5-ci müavini məni qəbul etdi, dinlədi, amma hələ də heç bir nəticə yoxdur”.

Yaşar Nurinin sənətə və sənət dostlarına göstərdiyi diqqəti xatırladan Rəhimə Nuri onun bu gün olsaydı, Allahverdi Yolçuyevə dəstək olacağını bildirib:

“Yaşarla 40 ilə yaxın bir ömür keçirmişəm. Onun ətrafında olanları da görmüşəm. Yaşar sağ olsaydı, Allahverdi müəllimin bu vəziyyətində onun yanında olardı. Söhbət təkcə maddiyyatdan getmir. Yaşar həm nazirlərin, həm də sıravi insanların sevgisini qazanmışdı. Çoxlarına dəstək olub, irəli çəkib. Amma bu gün nə dost-tanış onun ailəsini axtarır, nə də məzarını ziyarət edir”.

Rəhimə Nuri qeyd edib ki, Allahverdi Yolçuyevin real durumu barədə dəqiq məlumatı yoxdur və yayılan məlumatların nə dərəcədə doğru olduğunu söyləyə bilməz.

Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 İyul 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri