Sənəti olmayan qapılar döyüb, sponsor axtarır
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"İfaçıların maddi durumu istənilən qədər yaxşı olsa, toya getməyə ehtiyacı qalmaz. Müğənni ehtiyacdan toya gedir. Pul toyda daha önəmlidir. Orada sənət söhbəti gedə bilməz. Toya oxuya bilən də, bilməyən də gəlir. İstənilən olur və yaxşı qarşılanır. Deyirlər ki, səndən zəif ifaçı gəlir və daha yüksək qonorar alır".
Axşam.az xəbər verir ki, bu sözləri Faytonçu ləqəbli müğənni Nazim Pişiyari "Gün ortası" proqramında deyib. Sənətçi toy məclislərindən aldığı qonorarın azlığından danışıb:
"Məclisə yarım saata gələn ifaçılar fonoqram oxuyurlar. Bunu ev sahibi belə istəyir. Çünki bəzən deyirlər ki, orijinalda necədirsə, elə də oxuyun. Bir də sənin sənətin varsa, sponsor lazım deyil. Səni sənət uzağa aparacaq. Səni sponsor özü gəlib tapacaq. Əgər sənətin yoxdursa, qapıları döyməlisən".
Baxış sayı:111
Bu xəbər 07 May 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















