Icma.az
close
up
RU
Yüksək analıq sənəti

Yüksək analıq sənəti

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

(Unudulmaz ana və böyük sənətkar Ətayə Əliyevanın "Bir ömürlük xatirə"sinə həsr olunur)

Tanınmış kinorejissor, xalq artisti Ramiz Həsənoğlu mənə dəvətnamə göndərəndə çox sevindim. Ramiz müəllimin anası, əməkdar artist, böyük sənətkar Ətayə Əliyevaya həsr olunmuş kitabın təqdimatı olacaqdı.

Bir dəfə də Ətayə xanımın anım gecəsinə Ramiz müəllim məni çağırmışdı, üzrlü səbəbdən qatıla bilməmişdim. Amma sanki öz üzərimdə bu, bir borc kimi qalmışdı. Çox heyifslənirdim ki, o anım gecəsində ola bilmədim. Ona görə bu dəvət məni sevindirdi; gözəl sənətkarımızın 105 illiyinə həsr olunmuş tədbirdə mən də olacaqdım.

Təyin olunan vaxtdan əvvəl artıq Dövlət Film Fondundaydım. Filologiya üzrə fəlsəfə doktoru, jurnalist Rəhilə Soltanqızının Ətayə Əliyevaya həsr olunmuş "Bir ömürlük xatirə" kitabı dəhlizdə masa üzərinə düzülmüşdü. Hər kəs kimi mənə də bu kitabın bir nüsxəsi hədiyyə edildi. Tədbirin başlamasına yarım saat qalmış gəlmişdim. Elə oradaca kitabı vərəqlədim. Xeyli hissəsini oxudum. Aydın, səlis dildə, səmimi üslubda yazılmış bir kitabdır. Həqiqətən bir ömürlük xatirədir.

Doğrusunu deyim ki, Ətayə Əliyeva çox usta, zəhmətkeş, əzabkeş aktrisa olsa da, o, cəmiyyətə yetərincə tanıdılmayıb. Buna özünün də, oğlu Ramiz Həsənoğlunun da təvazökarlığı imkan verməyib.

Kitabı vərəqlədim, tədbirdəki çıxışları dinlədim, oynadığı filmlərdən, tamaşalardan epizodlara baxdım, Ətayə xanım Fatma Qədri, Hökumə Qurbanova, Nəcibə Məlikova, Leyla Bədirbəyli və başqa böyük əfsanəvi qadın aktrisalarla bir sırada dayanır. İrəvan, Gəncə, Bakı teatr səhnələrində, kinoda saysız-hesabsız rollar oynayıb. Böyük sənətkar Ədil İsgəndərov özü onu Azərbaycan Dövlət Dram Teatrının səhnəsinə qaytarıb və burada Ətayə Əliyeva baş rollarda çıxış edib.

Xalq artisti, professor Şəfiqə Məmmədova Ətayə Əliyeva haqqında xatirələrini danışanda bir cümlə işlətdi: "Tofiq Kazımov kimi bir rejissorun tamaşalarında oynamaq, həm də baş rollarda oynamaq asan deyildi, hər kəsə nəsib olan xoşbəxtlik deyildi".

Şəfiqə xanım da, başqaları da Ətayə Əliyevadan danışanda kövrəlir, qəhərlənirdi. Gözləri yaşarırdı. Hamı onu təkcə istedadlı aktrisa kimi yox, gözəl insan kimi xatırlayırdı. Ətayə xanım haqqında tanınmış sənət adamları ürəklə, həvəslə, qürur və heyranlıqla danışırdılar. Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Hacı İsmayılovdan kinooperator Fəramiz Məmmədova, Əbdül Mahmudovdan Füzuli Hüseynova, İlham Rəhimlidən Yusif Şeyxova... qədər hər kəs Ətayə xanım Əliyevadan elə danışdılar ki, sanki o, Ramiz Həsənoğlunun yox, onların anasıdır. Elə o cür də xatırlayırlar: öz dövründə istər kinoda, istər teatrda ana rollarının ən yaxşı ifaçısı kimi Ətayə Əliyevanın əvəzsiz olduğunu söylədilər.

Xatirələri dinlədim, kitabı oxudum. Ətayə Əliyevanın və həyat yoldaşı Həsənağa Mirzəyevin həyatı heç də asan olmayıb. Çox çətinliklər, məhrumiyyətlər yaşayıblar.

Bakıdan İrəvan teatrına gedib, orada işləyəndə birmərtəbəli evdə, birotaqlı mənzildə qalırmışlar. Qəfil sel gəlib, mənzil su altında qalıb. O hadisəyə dair aktrisanın xatirəsi kitabda belə verilib: "May ayının axırında çoxlu yağmurlar nəticəsində sel gəldi. Qonşu həyətin divarı uçulub bizim həyətə doldu. Mən Ramizi qucağıma aldım, o biri uşağı isə Lalə xanım (Ətayə xanımın qızının müəllimi-red.) götürdü. Küçəyə çıxdıq. Biz üz-üzə ikimərtəbəli binaya çıxmaq istəyirdik. Elə bu dəmdə 7 yaşlı qızım Tamillanı sel əlimdən qopardı və bir xeyli apardı. Bu an özünü yetirən qonşu uşağın arxasınca çaya tullandı, onu xilas etdi. Köməkləşib ikinci mərtəbəyə çıxdıq. Bu vaxt Həsənağa teatrda idi. İki saatdan sonra gəldi, üzüb bizə qoşuldu. Titrəyə-titrəyə elə oradaca gecələdik..."

Bu, Həsənağa Mirzəyevin və Ətayə Əliyevanın həyatlarındakı ilk və son çətinlik deyildi. Ancaq buna baxmayaraq, həm uşaqlarını böyüdüb, təhsil verdilər, cəmiyyət üçün faydalı övladlar olaraq yetişdirdilər, həm də sənətdə, səhnədə öz sözlərini dedilər, izlərini qoydular, öz rollarını oynadılar.

Rol oynamaq demişkən, dahilərdən birinin sözüdür: "Həyat teatrdır, hamı da aktyor". Yəni hamı rol oynayır.

Yox, məncə, hamı aktyor deyil. Amma hətta elədirsə də, hərə öz həyatının "səhnəsində" öz rolunu oynayır. Bir də var, əsl aktyor olub, hamının həyatında rol oynayasan.

Başqa sözlə, aktyor təkcə səhnədə, kinoda rol oynamır, həm də mənim, sənin - bizim həyatımızda rol oynayır.

Axı insan ta körpəlikdən həyatı obrazlarda qavrayır. O obrazlarla həyatı da, sənəti də dərk edirik. Sənət adamlarının bütün həyatlara toxunuşu var. Elə insan yoxdur ki, kinoya baxmasın. Bəzən yaddaşımızda, dilimizdə obrazlı ifadələr, qanadlı sözlər, metaforlar, təşbehlər var, onlar kinofilmlərdən, teatr tamaşalarından qalıb.

Sənətlə həyat iç-içədir. Böyük sənət adamlarının yaratdığı obrazların hərəsindən bir müsbət məziyyət götürərək biz də həyatda öz mizanımızı, öz nizamımızı qurmuşuq, öz obrazımızı yaratmışıq. İnsan Sənətdən nə qədər çox bəhrələnirsə, öz obrazı da mükəmməlliyə o qədər yaxın olur.

Bu, təkcə kinoya, teatra aid deyil, ədəbiyyata, başqa yüksək bədii sənət nümunələrinə də aiddir. Deməli, Ətayə Əliyeva kimi sənətkarların yaradıcılığı o mənada bizi biz edən əsl sənətin özüdür.

...Bəzən deyirik: "Həyatım bir kino kimi gəlib gözlərimin önündən keçdi". Bir də var, kino həyat kimi gözlərinin qarşısında ola. Teatr səhnəsi, çəkiliş meydançaları sənin həyatının özü ola. Sənəti bütün həyatı, həyatının özü də bir sənət olan çox sənət adamları azdır. Aktyorluq elə bir sənətdir ki, təkcə peşəkar olmaq bəs etmir, həm də gərək fədakar olasan. Bu məziyyətlərin hər ikisi Ətayə Əliyevada eyni dərəcədə və çox yüksək səviyyədə olub. Ona görə də hələ də xatırlanır, baxılır, sevilir.

Mən sənətşünas deyiləm. Sadəcə, tamaşaçı kimi öz fikirlərimi bölüşdüm. Uşaqlıqdan təkrarsız səsi ilə, bənzərsiz şarmı, yaratdığı obrazları ilə bizi böyütmüş qadın sənətkarlardan biridir Ətayə Əliyeva. Sənət yoldaşları da dedilər: "Həyatda necə ana idisə, səhnədə də elə anaydı Ətayə xanım".

Hətta səhnə arxasında da analıq rolunu oynayırmış. Şəfiqə Məmmədova da dedi ki, o, özü çox gənc yaşda Ətayə Əliyeva ilə tərəf müqabili olub; tamaşada onun qızını oynayıb. Deyir: "Tamaşadan sonra kulisə keçəndə, gördüm, Ətayə xanım məni gözləyir. Onun oyunu məndən əvvəl bitsə də, getməmişdi. "Halal olsun, qızım, çox gözəl oynadın" dedi. Məni elə bil göyün üzünə qaldırdılar".

Fəramiz Məmmədov isə danışır ki, o, Gəncədən gəlib, Bakıda oxuyanda, kirayədə qalırmış. Ramiz Həsənoğlu ilə dostluq edirmiş. Hərdən onlara qonaq gedirmiş. Deyir: "Bir dəfə Ramiz mənə dedi ki, anam səni soruşur, deyir, Fəramiz niyə gəlmir?Axşam Fəramizi də götür, gəl, Gəncə dolması bişirəcəm, gəlsin, yeyin".

Təkcə elə bu xatirə də Ətayə Əliyevanı xarakterizə etməyə yetir. Təkcə, bax, elə bu Gəncə dolması ilə sanki hamımızı doyurub Ətayə ana. Övladına əli çatmayan bütün anaları sanki əvəz edib. Bilirsiniz, analıq özü həyatda elə ən yüksək sənətdir. Bir də bunu olduğu kimi yüksək Sənətə daşıya bilmək Sənətkarcasına analıq deməkdir.

Allah Ətayə anadan rəhmətini əsirgəməsin! Sənətinə və ruhuna min alqış!

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Yanvar 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see176

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see159

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see156

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see144

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri