Sənətşünas Elçin Şamillinin yaradıcılığı ilə bağlı mühazirə təşkil olunub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyində “Elçin Şamillinin yaradıcılığı və Azərbaycanda “Contemporary art” mənzərəsi” mövzusunda mühazirə keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Bildirilib ki, müzakirə formatında təşkil olunan tədbirdə fəlsəfə üzrə fəlsəfə doktoru Teymur Daimi, rəssam və incəsənət tədqiqatçısı Rafael Gülməmmədli, tarixçi Əkbər Nəcəf və Təlim Tələbə Təhsil Kredit Fondunun Müəssisələri ilə iş şöbəsinin sədr müavini Rüfət Tağızadə çıxış ediblər.
Çıxışlarda “İncəsənətdə abstrakt vektor” adlı kitabın müəllifi, fəlsəfə doktoru, sənətşünas Elçin Şamillinin yaradıcılığında konseptual düşüncənin, mətn və vizual münasibətlərinin, fəlsəfi yanaşmanın əsas xətt təşkil etdiyi vurğulanıb, onun layihələrinin Azərbaycan müasir incəsənətində nəzəri baza formalaşdıran nümunələrdən olduğu qeyd edilib.
Müzakirə zamanı, həmçinin Azərbaycanda “Contemporary art” -ın hazırki vəziyyətinin təhlili, yerli müəlliflərin və layihələrin beynəlxalq müstəvidə imkanları, həmçinin bu sahənin gələcək inkişaf perspektivlərindən bəhs edilib.
Tədbir sual-cavab formatında davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 20 Fevral 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















