Icma.az
close
up
RU
Elçin Şamillinin “Antinomia” adlı konseptual sərgisi açılıb FOTO

Elçin Şamillinin “Antinomia” adlı konseptual sərgisi açılıb FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Azərbaycan Milli İncəsənət Muzeyində  vizual sənətlər nəzəriyyəçisi, rəssam Elçin Şamillinin "Antinomia" adlı konseptual sərgisi açılıb.  

Açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, AMEA-nın Memarlıq və İncəsənət institutunun direktoru Ərtegin Salamzadə, Fəlsəfə üzrə fəlsəfə doktoru Teymur Daimi çıxış ediblər. Onlar öz çıxışlarında sərginin müasir Azərbaycan incəsənətində konseptual düşüncə tərzinin inkişafına töhfə verdiyini vurğulayıblar. Qeyd olunub ki, "Antinomia" layihəsi vizual ifadə vasitəsilə cəmiyyət, insan və məkan münasibətlərini yeni estetik baxış prizmasından təqdim edir və tamaşaçını düşünməyə, dialoqa dəvət edir. Sonda Elçin Şamilli tədbir iştirakçılarına təçəkkürünü bildirərək, onları sərgi ilə tanış olmağa dəvət edib.
Sərgidə rəssamın foto, qrafik kompozisiya və instalyasiyalardan ibarət 15 əsəri nümayiş olunur. Əsərlər varlığın dəyişkən təbiətini, zaman və məkan arasındakı keçid hallarını, eləcə də məntiqi və mistik qatların toqquşmasını vizual dillə ifadə edir. Təqdim edilən əsərlərdə Antinomiya anlayışı yaddaş, transformasiya və transendent reallıq mövzuları üzərindən açılır, simvollar isə müxtəlif reallıq qatları arasında əlaqə yaradan əsas vasitə kimi çıxış edir. Əsərlər tamaşaçını mövcudluğun ziddiyyətlərini hiss etməyə, görünənlə görünməyən arasındakı sərhədlər üzərində düşünməyə çağırır.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli dizayn və incəsənət nəzəriyyəsinə həsr olunmuş 40-dan çox elmi məqalənin,  "Dizaynda və incəsənətdə vizual formanın qavranılması", "Dizaynın paradiqması: memarlığın əvəzi", "İncəsənətdə abstrakt vektor" və  digər monoqrafiyaların müəllifidir. O, həmçinin  rəssam, heykəltəraş və qrafik kimi 1994-cü ildə Bakı İncəsənət Mərkəzində ("Yeni Gallery"), 2006 və 2008-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda fərdi sərgilərlə çıxış edib, əsərləri  Bakı, Reklinqhauzen, Budapeşt, Avinyon, London, Aberdin, Moskva və Sankt-Peterburqda keçirilən qrup sərgilərində nümayiş olunub. 
Vizual strukturlar müvəqqəti keçid məkanlarını və zamanın çatlaqlarını xatırladan kompozisiyalarla qurulub. Bu yanaşma insanın həm mövcudluğunu, həm də yoxluq hissini eyni anda yaşamasına işarə edir. Sərgi bütövlükdə idrakın məhdudluğunu və estetik təcrübə vasitəsilə onun aşılması imkanını ön plana çıxarır.
Sərgi 31 mart, 2026-cı il tarixinədək davam edəcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:356
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Fevral 2026 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri