Icma.az
close
up
RU
Səni, görüm, utanasan...

Səni, görüm, utanasan...

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Utanmaq sözünü ismin altı halında çox-çox istifadə etmişik. Utanmaq lazım deyil, utanma, gəl, utanmağı qoy kənara, niyə utanırsan kimi. Qonşu oğlu həyətə anası tərəfdən bir diləyə gələndə utanıb, üzü qızarıb, utanma, ay bala,- demişik. Sinif yoldaşımız bizə gələndə, qarşısına yemək qoyanda, o, çəkinəndə, anamız, ay bala, utanmaq nəyə lazım,- deyib. Bir yerə qonaq gedəndə qırışığımız açılmayıb, utanmışıq, utanma, öz evindir,- deyiblər. Bir səhvimiz olanda, müəllim bütün uşaqların içərisində üzümüzə vuranda, utanmışıq, qıpqırmızı olmuşuq. Atamız evə yorğun gəlib dərsimizi soruşanda, bizsə yaxşı oxumadığımızdan kəkələyəndə də xeyli utanmışıq.

Belə utanmalar dəfələrlə və yüzlərlə olub. Utanmışıq, sıxılmışıq, üzümüz qızarıb, ürəyimiz köksümüzdən az qalıb bayıra çıxsın, utanma deyiblər, bir qədər sonra yavaş-yavaş özümüzə gəlmişik.

Bəli, utanma deyiblər bizə. Lakin utanmağımıza bu gündən baxanda onda nə gözəl məqamlar gizləndiyi və yaxud bəlkə də dünyada utanmaqdan gözəl hiss olmadığı qənaətinə gəlir insan. Bəlkə də ilahi qüvvə bizə utanmaqdan dəyərli hiss nəsib etməyib... Bunu indi, bu günümüzdə dərk etməyimiz də səbəbsiz deyil.

Utanmaq çox gözəl, eyni zamanda çətin hissdir. O qədər çətin ki, insan özünü bu çətinliklərdən keçirib utanmamağa hazırlamalıdır. Bu zaman oynamağa nə var ki... Utanmasan, soyunmağa nə var ki... Utanmasan, ağzına gələni hər kəsin içərisində danışmağa nə var ki... Utanmasan, bədənində hər cür estetik əməliyyat aparıb əzalarını dar paltarlarla ictimaiyyətə təqdim etməyə nə var ki... Utanmasan, yaşlı çağında sosial şəbəkələrdə “canlılarda” gülünc vəziyyətə düşməyə nə var ki... Utanmasan, nənə-baba olduğun halda, sosial şəbəkələrdə heç özün də bilmədiyin nəyi isə danışıb “like” axtarışında olmağa nə var ki...

Utanmasan, aparıcısı olduğun verilişdə əvvəlcədən ssenari hazırlayıb, canlı yayında təsadüfən olubmuş kimi camaata sırımağa nə var ki? Utanmasan, sinəni, ayaqlarını məhrəm yerə qədər açıb səhnədə, sosial şəbəkələrdə ortaya qoymağa nə var ki? Utanmasan, kişi olduğun halda qadın geyimində, makyajında, saç düzümündə küçələrdə gəzməyə nə var ki? Və yaxud utanmasan, qadın adını daşıdığın halda qadına və qadınlığa, hətta analığa yaraşmayan bayağı hərəkətlərlə dolu videolar çəkib paylaşmağa nə var ki?..

Və özümə və ağzıma layiq bilmədiyim məqamlar var ki, bəli, bunların hamısını yalnız utanmadan, utanmaq hissindən məhrum olmaqla edə bilər insan. Bunu onları görüb utandığından susanlar və başını aşağı endirib, özünü görməzliyə vuranların hər biri yaxşı bilir.

Əsas məsələ isə odur ki, sadaladıqlarımın kökündə yalnız utanmaq hissi dayanır. Elə bu an belə qənaətə gəlmək olur ki, həqiqətən də utanmaq nə qədər dəyərli bir hiss imiş. Və belə bir sual da meydana çıxır ki, görəsən bu hissi insan özündən necə kənar edə bilər? Axı bu hisdən məhrum olanları indi bütün yaşlarda görmək mümkündür. Utanmaq hissindən məhrum olmaq üçün illərin lazım olduğunu düşünəndə bunu indi həm yaşlılarda, həm gənclərdə görməyin özü maraq doğurur. Görəsən onlar bir-birilərinə öyrədir bu hisdən məhrumolmanı, yoxsa, utanmaq hissi cavanlaşıb və yaşlaşıb?

Maraqlıdır, hansı səbəbdən olursa-olsun, doğrudan da maraqlıdır ona görə ki, görəsən utanmaq adlı libası əyindən necə belə asanlıqla çıxarıb atmaq olar? Bəlkə səbəbini axtaraq? Sizcə bu hər hansı bir qidadanmı olar, ekoloji çirklənmədənmi, yoxsa ailədaxili münasibətlərdən?.. Hansı ola bilər ki, utanmaq hissinin yaranmasını bu qədər gəncləşdirə və ya yaşlaşdıra bilər?

Lakin çoxsaylı insanlar mənim fikrimdədir ki, utanmaq dünyanın ən gözəl hissidir. Gəlin bir-birimizə xeyir-dua verəndə, alqış edəndə, onu da deyək ki, səni görüm utanasan. Xahiş edirəm, məni düzgün anlayın, vallah, başqa çarə yoxdur. Bəlkə bu zaman bu sözün leksik mənasını unutmuş olmarıq. Onun nə qədər gözəl duyğu, hiss olduğunun hər zaman fərqində olarıq.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:266
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see765

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see730

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see725

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see521

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see336

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see322

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see283

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see266

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri