Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Zəfər Gününə həsr olunan fləş mob Video

Uşaqlıq xatirələri həyatımıza yön verir

“Səni görüm işığın kəsilsin” KÖŞƏ

“Səni görüm işığın kəsilsin” KÖŞƏ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Çoxlarımız o mənzərənin şahidi olmuşuq ki, dava-dalaş edən qadınlar, eləcə də kişilər bir-birinin ünvanına yazılı və şifahi ədəbiyyatda yazılan, deyilən hər cür söyüş, təhqir və qarğışları deyirlər. Bəzən tərəflər o dərəcədə əsəbi, hirsli və qəzəbli olurlara ki, ağızları köpüklənə -köpüklənə “səni görüm işığın sönsün” deməklə son nöqtəni qoyurlar. Açığı bu qarğışın mənasını tam şəkildə anlamaqda çətinlik çəkirəm. Sadəcə, hiss etdiyim ondan ibarətdir ki, deyəsən, bu qarğış çox dəhşətli qarğışdır. Nədən ki, birincisi nurla əlaqəlidir, ikincisi isə, dava-dalaşın girişində deyil, sonda yağdırılır. Mənə qarğışın mənasını tam formada dərk etmək, anlamaq çətinlik yaradır. Açığı interneti də ələk-vələk elədim, bu qarğışın mənasını öyrənə bilmədi. Ancaq narahat olmadım, çünki anlayıram ki, bu qarğışın dərin mənası olmasa elimizin-obamızın qarğışlar külliyyatına daxil edilməz. Faiq adında dostum deyir ki, “Səni görüm işığın kəsilsin” qarğışı insan həyatını alt-üst etmək üçün deyilir. Yəni içinə-çalatına gedən nur kəsilsin.

Faiq dostumuzun yozmasını eşidəndə çox pərişan və narahat oldum. Çünki insanın doğrudan da nuru kəsilsə, onun həyatının sonu olar. Həm də nur ilahi varlığı təcəssüm etdirən ifadədir. Bəzi hallarda insanlar “nur haqqı”, “işıq haqqı” deyib, and da içirlər. İndi bu ilahi ifadəni qarğış formasında səslənməsi adamın canına üşütmə salır. Ən dəhşətlisi odur ki, çox zaman insanlar idarə və müəssisədən əliboş geri qayıdanda, həmin idarənin və müəssisənin rəhbərinə qarğış edib, deyirlər ki, “görüm tezliklə işığın kəsilsin”.

Oxucuları əmin edim ki, idarə və müəssisə rəhbərlərinə və icra orqan işçilərinə yağdırılan qarğışların 80-90 faizi öz həllini tapır. 12 + Qax rayon icra hakimiyyətinin başçısının həbs olunması, eləcə də bələdiyyə rəhbərlərinin, həkimlərin cinayət məsuliyyətinə cəlb olunmasının özəyini insanların qarğışları təşkil edir.

Son vaxtlar dəmir yollarında hərəkət edən nəqliyyat vasitələrindən istifadə edən əhali "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə qarğışlar yağdırırlar. Çünki dəmir yolunda vəziyyət həqiqətən də ağır və faciəvidir. Stansiyalarda antisanitariya hökm sürür, oturacaqlar bərbad vəziyyətdədir, insanların qatarları gözləyərkən qışda qardan, çovğundan, yayda isə günəşin yandırıcı şüasından qorunması üçün normal dayanacaqlar yoxdur. Qatarların təzə alındığı bildirilsə də, tez-tez sıradan çıxdığının şahidi olur və ya məlumatlar eşidirik. O gün bir hadisənin şahidi oldum. Deməli, 2025-ci il iyunun 2-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətininin xətti ilə milyonlarla ABŞ dollarına alınan elektrik qatarı paravozun qoşqusunda Sumqayıtdan Bakıya daşınırdı. Yəqin ki, həmin sıradan çıxan qatar ya metalloma göndəriləcək, ya da zavoda qaytarılacaq. Sual olunur, nədən köhnə qatarların alqı –satqısını həyata keçirsiniz? Niyə dövlətin büdcəsindən ayrılan milyonlarla maliyyə vəsaitini gərəksiz texnikaların, lazımsız ehtiyat hissələrinin alınmasına və nəhayət, üzü təzə, içi köhnə olan qatarları alıb, Bakıya gətirirsiniz. Bu kimi biabırçılığa aydınlıq gətirən rəhbər şəxsin olmaması "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində idarəetmənin bərbad vəziyyətində olmasından xəbər verir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti fəaliyyətini düzgün qura bilməməsi nəticəsində Bakı və ətraf qəsəbələrə hərəkət edən sürət qatarlarının mənzil başına çatmasında gecikmə halları yaranır. Xüsusilə, Biləcəri stansiyasında qatarların gecikməsi adi hala çevrilib. Əksər hallarda isə stansiyanın işıqları sönür. Açığı bilmək olmur, stansiyada işıqların sönməsi əhalinin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə ünvanladıqları “sizi görüm işığınız sönsün” qarğışının nəticəsidir, yoxsa Bakı elektrik şəbəkəsinin oyunudur. Hər iki halda görünən ondan ibarətdir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri stansiyasında sürət qatarlarını gecikməsi ilə yanaşı tez-tez işıqlar da sönür. Sərnişinlər stansiyada işıqlar söndüyü üçün qatarlara minərkən turnegetlərdən istifadə edə bilmirlər. Bu da onların cərimələnməsi ilə nəticələnir. Çünki "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin qurduğu əndərəbadi oynuna görə bir stansiyada qatara minən sərnişin sonuncu stansiyada kartını elektron tabloya vurub çıxış etməlisən. Biləcəri stansiyasında işıqlar söndüyü üçün kartı elektron tabloya vuraraq giriş etmək mümkün deyil. Çıxışda kartlar elektron tabloya vurulsa da, bu hal ikitərəfli olmadığı üçün sərnişin 2 -3 manat cərimələnir. Deməli, bir ay ərzində 7-8 dəfə Biləcəri stansiyasında işıqlar sönərsə, bu sərnişinlərin əlavə olaraq 30 manat itirməsi deməkdir. Yəni onsuzda qazancları aşıb-daşan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinin cibinə sərnişinlərin cərimələri hesabına əlavə maliyyə vəsaitləri daxil olur.

Ümid edirik ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti özündə güc tapacaq və əhalini narahat edən, narazı salan problemlərin aradan qaldırılmasına nail olacaq. Əgər bacarmırlarsa və ya işləmk istəmirlərsə, necə deyərlər qapı açıqdır.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyul 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see828

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see290

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see287

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see281

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see271

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see271

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see253

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see243

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see242

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see223

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see221

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see218

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see213

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see207

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see204

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see203

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see197

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see195

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see187

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri