Icma.az
close
up
RU
Sənsizliyin poetik portreti

Sənsizliyin poetik portreti

Icma.az bildirir, 525.az portalına istinadən.

Rəfail TAĞIZADƏ

Qapına ünvansız məktub atalar,

Üstündə ox şəkli, ürək şəkili.

Biləsən yenə də səni sevən var,

Elə gəncliyində olduğu kimi.

Bu şeirlə başlayır Şövkət Zərin Hörovlunun "Tanrıya gedən yol" kitabı. Həyatın başdan-başa sevgi olduğunu bilən şairin ruhunun ilk və son kəlməsidi bu.

lll

Çox az yazarlara rast gəlmək mümkündür ki, o, həm nəsrdə, həm də poeziyada yaxşı nümunələr yarada bilsin. Bu, yazardan xüsusi istedad tələb edir. Şövkət Zərin Hörovlu belə yazardandır.

Şövkət xanımın əsərlərində ağrının çəkisi üstünlük təşkil edir. Burada özünün, vətənin, millətin, xalqın, cəmiyyətin ağrıları var. Bəzən susan, bəzən haray çəkən bu ağrılar haradan gəlmir -  Qarabağdan, Cənubi Azərbaycandan, Əfqanıstandan...

Bunları bir ömrə sığdırmaq, daşımaq çox çətindir.

Bu ağrıların içində həm də bir sənsizlik ağrısı da var...

Çox sayda romanların müəllifi olan Şövkət xanımın romanları kimi, şeirləri də düşündürücüdür, yadda qalandır, seviləndir. Nəsr əsərlərində daha çox ən ağrılı mövzuya - müharibələrə, ağrıya, həsrətə müraciət edən yazarın poeziyasında da nəsrindəki mövzularla yanaşı, sevgi şeirləri də çoxluq təşkil edir.

Onun poeziyası müxtəlif şaxəli olsa da, ənənəyə bağlıdır. Yəni söykəndiyi yer bəllidir.

Həqiqətən, insan doğulduğu yerə oxşayır. Şair-rəssam Adil Mirseyid mənim haqqımda yazılarının birində yazırdı: "Rəfail Tağızadə Qarabağa oxşayır".

Şövkət xanım da əsərlərindəki sözüylə, nəfəsiylə, ədasıyla Qarabağa - Cəbrayıla oxşayır. O, milli ruhlu şairdir, yazıçıdır. Əsərə, hadisəyə yanaşması da milli dəyərlərdən gəlir.

Oxuduğun əsər o vaxt sənin üçün cəlbedici olur ki, yazı üslubu ilə yanaşı, mövzu da sənin üçün maraqlı olur. Əsər ruhunu oxşayır. Kitabdan - əsərdən zövq alırsan. Sevinciylə, ağrısıyla birlikdə.

Şövkət xanımın şeirlərini ilk baxışdan mənə doğma, yaxın edən, sevdirən Qarabağ, vətən, yurd, bir də payız şeirləri oldu. Onun da payızının içindəki sevgi və nisgil, Qarabağ ağrısı duyulur. Yəqin ki, bu, ruhu yaxınlıqdandır.

Şövkət xanım şeirlərində insanın daxili aləmi ilə bərabər, təbiətin ruhu da hiss olunur. Axı insan da təbiətin bir parçasıdır. Əslində insan içindəkilərini, onu çəkən, tərpədən şeyləri yazır.

"İnsan xatırlandıqca təkrar yaşayır".

                        Alfons de Lamartin

Kitabla tanış olandan sonra onun "sənsizliyini" sevməyə başladım. Bir-birindən nisgilli-ağrılı sözlər, fikirlər poetik yanaşma ilə elə hörülüb, elə bəzənib ki, adam o həsrəti yaşamaqla bərabər, o sənsizliyə qibtə edir. İfadələrin rəngarəngliyi, qəfil deyilişi, hökmü, ədası və səmimiyyətiylə oxucuya "mənə qulaq as", - deyir. Sözün gücü adamı öz təsirinə salır. Kimini geriyə, kimini irəli aparır. Apara bilir. Burda söz həsrətlə öz dilində danışır. Bəzən əl-qolla, bəzən baxışla, bəzən pışıltıyla. Bunları duyursan, görürsən... orda olursan. Ağrını, yoxluğu, həsrəti səninki kimi təqdim edib sevdirmək şair xoşbəxtliyidir. Sən onu reallıqda yaşamasan da, hadisənin iştirakçısına çevrilirsən. Təsirli tamaşanın tamaşaçısı olursan. Onlardan biri olmaq istəməsən də, sözün, ifadənin təsirindən bu tərənnümə sevinirsən.

Hər gün ürəyimi dara çəkirəm,

Ta qərar tutmayır yerində sənsiz.

Nə bu dərdə dözür, nə də unudur,

Qalmışam ürəyin əlində sənsiz.

"Sənsizlik içimdə elə hönkürür", - deyən şair

Hər gecə mən sənə məktub yazıram

Sənin ünvanına çatmır ki, çatmır, - deyə cismani yoxluğun nigaranlığına üzülür.

Axı şəkil sənin yerini verməz, - deyərək, onunla şeirlə danışır, olanları hesabat verirmiş kimi...

Şövkət xanımın bu şeirləri həyat yoldaşına həsr edilib. Dəyərli insan, professor Hüseyn Hüseynov təkcə həyat yoldaşı deyildi, o, yaxşı dost, qayğıkeş ailə başçısı, həm də Şövkət xanım üçün bir müəllim idi. Şeirlərdəki sənsizliyin fərqli çalarları da ona görədir. Ruhu şad olsun Hüseyn müəllimin.

Dünyada bu cür məqamlara təsadüf olunur, ancaq bizdə mən iki insanın həyat yoldaşı dünyasını dəyişəndən sonra belə yazılar yazdığını görmüşəm. Biri dünya şöhrətli alimimiz Rafiq Əliyevdir ki, həyat yoldaşı Aidə xanım 2011-ci ildə dünyasını dəyişəndən sonra (Allah rəhmət eləsin) hər il ad günündə ona ilinin hesabat xarakterli sənsizlik məktubunu yazır. Onu unudulmağa qoymayan yoxluğa varlıq məktubunu.

O biri də Şövkət xanımdır ki, təxminən şeirlərinin çoxunu həyat yoldaşına həsr edir, ya da şeirdəki hansısa bənddə, misrada onu xatırlayır. Bu, sədaqət nümunəsidir. Sadiqlikdir. Birlik, bir olmaqdır. Unutmamaqdır.

Dönmüşəm pərvanəyə,

yanmır çırağım sənsiz,

Yel də açmır qapını,

gəlmir qonağım sənsiz,

Sənintək gül bitirməz məhəbbət

bağım sənsiz.

lll

Məni sənsizliyin seli axıdır,

Qalmışam ümidin sahillərində.

lll

Bu gün məndən erkən oyanıb payız,

Qapında hüzünlü dayanıb payız.

"Özümə əcəlsız ölüm gəzirəm", - isə şairin bundan sonrakı həyata qarğışıdır.

Tənha necə gəzim, necə dolanım,

Ömrümün bu qürub çağında, sənsiz.

Mənə elə gəlir ki, Şövkət xanım bu şeirlərdən sonra qarşı tərəfin ruhunun sevinməsindən rahatlanır. Qovuşan ruhların duyğularında.

Bu yaşatmaq üçün yaşatmaqdır. Çünki dünyasını dəyişəni yaşatmaq, onu anmaqla, xatırlamaqla mümkündür.

Əslində, yaşamaq ölümündən sonra yaşamaqdır. Yaşadanların və əməllərin sayəsində.

Şövkət xanım da o əməllərin, yaşananların şirin xatirəsinə dalaraq sənsizliyi böyük nidalarla vurğulayır. Bu, yaşananı an-an, gün-gün, il-il yaşatmaqdır.       

Söz bəzən ağrını artırır, bəzən onu sakitcə ötürür. Səninki edir. Bu, yazarın, deyənin ustalığıdır. Şövkət Zərin Horovlu bunu çox gözəl bacarır.

Bu gecə ağladım tənhalığıma,

Xəbərin oldumu nələr çəkmişəm?

Heca-heca yığıb göz yaşlarımı -

Söz-söz misralara necə tökmüşəm?

Ürəyim ulduzsuz göylər kimidir,

Anasız uşaqtək kirimir dərdim.

Getdiyin dünyadan qayıda bilsən,

Bu ömrü yolunda şam eyləyərdim.

Və ya

Bir ömür yaşadıq nəfəs-nəfəsə,

Nə az, nə azacıq - əlli iki il.

İndi daş ömrünə, şəkil ömrünə,

Sən gedəndən bəri keşikçiyəm, bil.

... Düşürəm payızın ayaqlarına,

Bircə gün qaytarıb səni gətirmir.

Şair həyatın hər halında - "üstümə həsrətin çəni çökəndə", "kipriyim üstünə şeh çiləyəndə", "gecənin sükutu döyəndə məni"

Bir vaxt əllərimdən tutduğun kimi,

Mən də ümidimdən yapışıb bərk-bərk

"səni səsləyəcəm, səni", - deyir.

Müəllifi ya ilk misradan, ya da uzun sükutdan sonra son nəfəsdə anlamaq olur. Axtardığın, gözlədiyin söz səni özünə çəkir...

Sözün qüdrətinə, şəklin canlılığına baxın:

Sənin kürlüyünü eyləyib hər gün

Mənimtək darıxa bilərmiş şəkil.

Şövkət xanımın şeirləri adamı ovsunlayır. Bu anda daha başqa heç nə haqda düşünmürsən. Düşdüyün, kökləndiyin ovqatdan, haldan çıxa bilmirsən, bəlkə də, çıxmaq istəmirsən.

"Sənsizlik" əhvalı məni burada saxladı, arda, davama getməyə qoymadı. "Bəsdir!", - dedi. Mən də onun sözündən çıxmadım. Qalanı sonraya qalsınla razılaşmalı oldum.

Şövkət xanımın Qarabağ şeirləri haqqında yazmaq istəyirdim, kitabdakı şeirlər məni "sənsizliyin cazibəsi"ndən çıxmağa qoymadı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Sentyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see417

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see372

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see371

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see352

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see309

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see297

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see283

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see276

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see276

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see271

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see270

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see256

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see254

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see253

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see225

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see222

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see220

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see202

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see189

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri