Icma.az
close
up
RU
Azərbaycanlı alimin portreti

Azərbaycanlı alimin portreti

Icma.az, Azertag saytına istinadən bildirir.

Türkiyədə tanınmış fizik və riyaziyyatçı Baxşəli Quliyevi hörmətlə xatırlayırlar

Ankara, 17 iyun, AZƏRTAC

Həyatını elmə və yüksəkixtisaslı kadrların hazırlanmasına həsr etmiş Azərbaycan alimləri ölkəmizin hüdudlarından kənarda da hər bir Azərbaycan vətəndaşı üçün parlaq örnək olaraq qalır. Belə örnəklərdən biri də adı qardaş Türkiyənin akademik dairələrində yaxşı tanınan fizika-riyaziyyat elmləri doktoru, professor və Prezident təqaüdçüsü Baxşəli İmamqulu oğlu Quliyevdir.

Alim və pedaqoqun Tovuz rayonunun Şamlıq kəndində başlayan, daha sonra keçmiş Sovet İttifaqının və Azərbaycanın ən nüfuzlu elm mərkəzlərində keçən həyat yolu sonda onu Türkiyəyə gətirib çıxarıb və orada 18 il (1996–2014-cü illər) Van Universitetində dərs deyib.

Alim Azərbaycana qayıtdıqdan sonra təqaüdə çıxana qədər Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda (2015-2021) çalışıb.

Onun fundamental tədqiqatları - 100-dən çox məqaləsi mötəbər yerli və beynəlxalq jurnallarda dərc olunub və bu, Baxşəli müəllimə alimlər və mütəxəssislər arasında nüfuz və hörmət qazandırıb.

İyunun 17-də qeyd olunan 90 illik yubileyində B. Quliyevin keçmiş tələbələri və Türkiyədən olan həmkarları tanınmış Azərbaycan fiziki və riyaziyyatçısı ilə bağlı xatirələrini AZƏRTAC-la bölüşüb, onun ünvanına səmimi sözlər söyləyib və ən xoş arzularını bildiriblər.

Van Yüzüncü İl Universiteti Fizika kafedrasının professoru Harun Akkuş azərbaycanlı alimi minlərlə tələbənin qəlbini fəth edən güclü pedaqoq kimi xarakterizə edib.

“Professor Quliyevlə yollarımız 1996-cı ildə, bakalavr təhsili aldığım zaman kəsişdi. Azərbaycanlı alimlə tanışlığım gələcək akademik karyeramı formalaşdıran əlamətdar hadisə idi. O, tələbələrini daim dəstəkləyir, magistr təhsilim zamanı məsləhət verir və doktorluq dissertasiyam üzərində iş prosesində məni ruhlandırırdı”, - deyə Harun Akkuş xatırlayır.

Türkiyəli professorun sözlərinə görə, azərbaycanlı alimin fizika və riyaziyyat sahəsindəki dərin biliyi, həmçinin güclü akademik mövqeyi onun üçün bir model və bələdçi rolunu oynayıb. “Dünyasəviyyəli bir alimlə işləmək imkanı əldə etdiyim üçün çox şanslı idim. Bu gün B. Quliyevin həyatının təxminən 20 ilini həsr etdiyi kafedrada onun izi ilə gedirəm. Bu görkəmli alimin işini davam etdirməyi məqsədim hesab edirəm, istəyirəm ki, onun irsi yaşasın”, - deyə professor əlavə edib.

Türkiyənin Kocaeli Universitetinin Fizika kafedrasının müdiri, professor Elşən Vəli Azərbaycan aliminin elmi və pedaqoji fəaliyyətini yüksək qiymətləndirib. O, Quliyevi yarımkeçiricilər fizikası tədqiqatlarına mühüm töhfələr vermiş alim adlandırıb.

E. Vəli qeyd edib: “Azərbaycan Dövlət Universitetində və daha sonra Türkiyədə işlədiyim müddətdə beynəlxalq elmi dairələrdə maraq və ehtiramla qarşılanan professor Quliyevin tədqiqatlarını yaxından izləmək imkanım oldu”.

Türkiyə universitetinin kafedra müdiri Quliyevin tədris prosesindəki səylərini yüksək qiymətləndirib və azərbaycanlı alimin kadrların hazırlanmasına verdiyi töhfəni vurğulayıb.

Kocaeli Universitetinin professoru əlavə edib: “Professor B. Quliyev bir çox gənc tədqiqatçının müəllimidir. O, öz bilik və təcrübəsini daim böyük səxavətlə bölüşüb. Alimin elmi fəaliyyəti Azərbaycan ilə Türkiyə arasında akademik əməkdaşlığın inkişafına töhfə verib. Həmkarları və tələbələri dərin biliyi, çalışqanlığı, dürüstlüyü və təvazökarlığı ilə seçilən alim haqqında daim yüksək fikirlər ifadə edəcəklər”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri