Icma.az
close
up
RU
Sənsizliyin ölçüsü sonsuzluq

Sənsizliyin ölçüsü sonsuzluq

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ömür-gün yoldaşım Aidə xanımın əziz xatirəsinə

Esse

Baxıram ev-eşik boşdur elə bil,

Səninlə varım da, yoxum da gedib.

Bir ürəyim deyil, bir canım deyil,

Dincliyim də gedib, yuxum da gedib.

Məmməd Araz

Əzizim Aidə, bəs niyə sənsizliyin acısı ilə belə tez rastlaşdıq. Sənsiz keçən günlərimin hər biri bir əsrdən uzundur. Nədir axı bu sənsizlik? Səfərə gedəndə arxamca su atılmamış quru pilləkənlərmi? İşdən evə qayıdanda üzümə bağlı qapılarmı? Sənin nəfəsinlə indi isinməyən buzlaşmış soyuq otaqlarmı? Divardan asılmış tablodan baxan gözlərindən süzülən, qəlbimi didim-didim edən kədərli baxışlarınmı? Bildiyin kimi ən çox dinlədiyim “Zəminxarə”nin nalələri altında sənli günlərimin xatirələrimi? Bilmirəm…

Günlər, aylar ötür, bəs niyə azalmır sənsizliyin acısı?

Bu vaxtsız sevginin əcəli yetdi

Buydu qismətimiz, ya tez, ya da gec.

Hərə öz dərdini apardı getdi.

Bəs niyə dərdimiz azalmadı heç?..

Ramiz Rövşən

Sənsizliyinin ürəyimdə açdığı yara qaysaq bağlamadı. Yoxluğa heç cür alışa bilmirəm. Gəlməyəcəyini bilə-bilə hər gün, hər an yolunu gözləyirəm. Sənsizliyin içində hər an sən varsan. Tez-tez səni yuxularımda görürəm, dərhal da oyanıb sənsizliyin içinə düşürəm. Yuxumdakı anları ömrümün illərinə dəyişmərəm.

Əzizim Aidə, bu nə qismət imiş, yoxluğunla varlığın arasındayam. İllər, fəsillər dəyişir, sənin və mənim sevmədiyimiz qış gəlir - acı soyuq küləklər əsir, qar yağır; onlardan yüz qat, min qat çox məni sənsizliyin soyuğu üşüdür. Bu soyuğun üstünə otaqdakı təkliyin soyuqluğu da gəlir. Kaş belə tez sənsizliyin acı soyuğunu yaşatmayaydım.

Xəyal gah dağdadır,  gah da aranda,

Gah göyə yüksəlir, gah enir insan.

Otaqda bir saat tək oturanda,

Min ilin dərdiylə yüklənir insan.

Elə bil divarlar gəlir üstünə,

Qulağın səslənir, qəlbin döyünür.

Alışıb yanırsan sən öz tüstünə,

Nidalar gözündə suala dönür.

Bəxtiyar Vahabzadə   

Görəsən sənsizliyin ölçüsü nədir. Məni bu qədər ağır yük altında saxlayan sənsizliyi necə ölçüm, necə qiymətləndirim. Sənsizliyinin acısı, elə bir acıdır ki, bir kuzə zəhərlə də ölçülə bilməz. Sənin də bildiyin kimi (sən hələ Tibb İnstitunda oxuyanda bir yerdə statistika dərsini müzakirə edirdik) elmdə ölçü məsafə anlayışı ilə əlaqələndirilir.

Elmdə məsafə dedikdə iki obyekt arasındakı uzaqlıq nəzərdə tutulur. İndi aramızdakı məsafə nə qədərdisə, sənsizliyinin ölçüsü də o qədərdi. Bilmirəm, yəqin sonsuzluq qədər. Amma bütün sənsiz günlərimdə həmişə, hər an səninlə olduğumdan bu sonsuz sənsizlik məsafəsi sənli məsafəyə çevrilir və sıfır olur. Fərq eləməz, bu dünyada da, o dünyada da sən həmişə mənimləsən.

Taleyin nə sərt silləsi varmış. Getdiyin səfərin sonu görünmür, bu sənsizlik yolu çox uzun imiş, sonsuzluq qədər uzun.

Əzizim Aidə, bu sənsizlik içində sən həmişə mənimləsən. Heç vaxt məsafəmiz olmayacaq, nə bu dünyada, nə də o dünyada.

Sənin Rafiqin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Aprel 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see764

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see310

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see290

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see279

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see261

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see251

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see237

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see225

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see209

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see199

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see191

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see185

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see182

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see178

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see176

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see169

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri