Icma.az
close
up
RU
BƏSTƏKARIN PORTRETİ Fotolar

BƏSTƏKARIN PORTRETİ Fotolar

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Martın ilk günü Muzey Mərkəzinin əzəmətli binasında yerləşən Musiqi Mədəniyyəti Dövlət Muzeyinin konsert salonunda “Baku Contemporary Music Society” və “Cadenza” orkestrinin birgə təşkil etdiyi portret-konsert baş tutdu.

Bu dəfə dinləyicilərə Əməkdar incəsənət xadimi, bəstəkar, professor Aydın K.Azimin “portreti təqdim olundu”: Aydın müəllim həm dəyərli söhbəti, həm də əsərləri ilə görüşümüzə gəldi. Musiqişünas Vəfa Abbasovanın moderatorluq etdiyi tədbirdə dəyərli solistlərimiz Humay Qasımzadə (piano), Atabala Manafzadə (piano), Fatimə Nəsirli (violino), Elşən Məmmədov (qoboy), Kamil Hüseynzadə (vibrafon) bəstəkarın bir-birindən maraqlı əsərlərini ifa etdilər.

Başlanğıcda Aydın müəllim qısa olaraq özü haqqında – təhsil illərindən, müəllimlərindən, fəaliyyətindən – bəhs etdi, daha sonra Vəfa xanımla həmsöhbət oldu. Onlar musiqimizi maraqlandıran bir çox mövzulardan danışdı: musiqili teatrın önəmi, bəstəkarlarımızda milli təfəkkürün formalaşması, Azərbaycan musiqisinin tarixi inkişaf yolu, musiqi təhsilimiz və s. Bu mövzular ətrafında Aydın müəllim publikaya önəmli mesajlar da verdi. Musiqili teatrın önəmindən bəhs edərkən o: “Hər hansı bir xalqın mədəni səviyyəsi haqqında məlumat əldə etmək istəyirsinizsə, onların filarmoniyasına deyil, musiqili teatrına baş çəkin,” – deyə qeyd etdi. Bəstəkar fikrini dahi Üzeyir bəy Hacıbəylinin yaradıcılığının məhz musiqili teatr üçün yazdığı əsərlərlə başladığını və bununla da Azərbaycan musiqisində yeni dövrün təməlini qoyduğu faktı ilə təsdiqlədi: “Leyli və Məcnun” makam göstərisi, “Ər və arvad”,  “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları Azərbaycan xalqının mədəni səviyyəsinə önəmli təsir göstərmiş əsərlərdir.” Aydın müəllim günümüzdə Dövlət Akademik Musiqili Teatrın, həmçinin Dövlət Akademik Opera və Balet Teatrının öz həqiqi funksiyalarını yerinə yetirmədiyini, bunun üçün gənc bəstəkarların yeni əsərlərini səhnələşdirməli olduğunu vurğuladı.

Vəfa xanımın söhbət zamanı toxunduğu önəmli məqam Azərbaycan musiqisinin tarixi inkişaf yolu ilə bağlı idi və Aydın müəllimin bu mövzuya baxışının fərqli olduğunu da qeyd etdi. Davamında bəstəkar: “Azərbaycan professional musiqisinin tarixi çoxlarının təkrar-təkrar dediyi kimi Üzeyir bəydən başlamır. Musiqimiz daha qədimdir və Abu Nəsr al-Farabi, Əbdülqadir Marağayi, Səfiəddin Ürməvi və digər böyük şəxsiyyətlərin dövrünə söykənir. Üzeyir bəy isə musiqimizdə yeni səhifə açmış dahidir,” – dedi. Bu fikrə qatılmamaq mümkün deyil. Həqiqətən də musiqi cəmiyyətimizdə qəlibləşmiş düşüncələr vardır ki, onlara yeni baxış lazımdır. Bəstəkarın dediyi kimi, artıq dövr yenilənir, tarixi, sosial, siyasi şərait dəyişir. “Mən çox sevinirəm ki, ölkəmiz üçün belə önəmli dövrün şahidi oluram, çünki xalqımız uzun müddətdən sonra ilk dəfə böyük qələbə çalmışdır. Azərbaycan xalqı, ələlxüsus Azərbaycan bəstəkarı öz musiqisinə yenidən baxmalı, milli musiqisini yenidən dəyərləndirməlidir. Məhz buna görə bəstəkarlarımız alim, hər musiqi əsəri isə bir tədqiqat olmalı,” – dedi Aydın müəllim. “Bunun üçün biz muğamatı dərindən öyrənməli, aşıq musiqisini “çayxana”lardan çıxarmalıyıq, dilimizi, tariximizi yaxşı bilməliyik.”

Tədbirin bədii hissəsində Aydın K.Azimin öncədən hazırlanmış piano üçün “La makam”, qoboy və vibrafon üçün “Sonuncu Romulus”, piano üçün “Axar su”, “Sonaxanım”, violino və piano üçün “Sonata-poema” əsərləri səsləndi. “La makam” ərəbcədə “makam olmayan”/“muğam olmayan” kimi tərcümə olunur. Əsər bəstəkarın da qeyd etdiyi kimi qədim xalqımızın əski tarixi qatlarından gələn bir nəfəs idi. Makam olmayacaq qədər qədim və ilkəl... Daha öncə duymadığım “Sonuncu Romulus” əsəri adı keçərkən bəstəkarın fəxrlə “ən böyük müəllim” adlandırdığı müəllimi Qara Qarayevə həsr edilmişdir. “Sonata-poema”nı da Aydın K.Azim elə Qara müəllimin sinfində təhsil alarkən yazmış və onu yaradıcılığında önəmli dönüş nöqtəsi sayır. “Axar su” haqqında danışarkən Aydın müəllim əsəri bir silsilə olaraq davam edəcəyini, dörd ünsürü – hava, su, od, torpağı təmsil edəcəyini dedi. “Sonaxanım” sadəlik və zərifliyi ilə seçilir, bu xüsusiyyətlərini xalqımızın yaratdığı eyni adlı türküdən almışdır.

Dəyərli bəstəkarımızın düşüncələri bir çoxumuza böyük ümidlər vəd etsə də, təəssüf ki, tədbirə toplaşmış dinləyicilərin (ki, salon dolmuşdu) yaratdığı atmosfer barədə eyni şeyi deyə bilməyəcəm. Təəssüratlarım mənə toplumumuzun böyük hissəsinin görüşdə toxunulan mövzulara, səslənən musiqiyə hazır olmadığını pıçıldadı. Laqeyd baxışların olduğu qədər, ara-sıra etiraz səsləri də ucalırdı. Aydın müəllimin “yalnız simfoniya yazmaqla, partitur doldurmaqla bəstəkar olunmaz” fikrinə obrazlı ifadə edəcək olsam “konsalılar”ın (keçmişdə Konservatoriya, günümüzdə Bakı Musiqi Akademiyasında təhsil alanların ayaması – Üzeyir bəyin təbiri ilə bir növ “obrazavonski”) “simfoniya yoxdursa, onda konservatoriya da yoxdur” atmacasını səsləndirəcək qədər  gərginləşmiş, daşlaşmış hava vardı salonda. Bu mənzərə mənə böyük ustad Vaqif Səmədoğlunun “Yayda qartopu oyunu” pyesini xatırlatdı...  Sanki həmin gün Bakıya yağan qarın soyuqluğu küçələrə deyil, salonun mərmər sütunlarına hopmuşdu. O dərəcədə ki, Aydın müəllimə ünvanlanan “siz bir müddət Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasına rəhbərlik etmisiniz” fikrinə o, sakit tərzdə “mən kafedraya rəhbərlik etməmişəm, mən kafedra müdiri işləmişəm” cavabını verdi. Məncə əlavə şərhə ehtiyac yoxdur.

Hər şey milli musiqi naminə!..

Leyla Həmid Əhməd Xan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Mart 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri