Icma.az
close
up
RU
Sentyabrda Bakıda Su Həftəsi keçiriləcək

Sentyabrda Bakıda Su Həftəsi keçiriləcək

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransını özündə birləşdirən sayca ikinci Bakı Su Həftəsi sentyabrın 12-14-də baş tutacaq.

Sfera.az tədbirin təşkilatçısı "Caspian Event Organisers" şirkətinə istinadən xəbər verir ki, Azərbaycanla yanaşı, bütün dünyada mühüm və prioritet sahələrdən biri olan su təsərrüfatı üzrə Bakı Su Həftəsi ilk dəfə olaraq 2024-cü ildə keçirilib. Bu tədbirdə 16 ölkədən 97 şirkət iştirak etmiş və üç gün ərzində tədbiri 4500-ə yaxın şəxs ziyarət edib.

Eləcə də, sərgi çərçivəsində 145 işgüzar B2B görüş keçirilib. Burada yerli və xarici şirkətlərin nümayəndələri gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə ediblər.

Beynəlxalq Su Təsərrüfatı Sərgisi zamanı bir sıra mühüm məsələlər müzakirə olunub, sərginin təqdimat zonasında "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatları və yenidənqurma işləri" mövzusu daxil olmaqla, bir çox panel müzakirələri təşkil edilib.

Bakı Su Həftəsi çərçivəsində təşkil olunan Bakı Su Həftəsi Beynəlxalq Konfransı isə su ehtiyatlarının idarə edilməsi, su təchizatı, iqlim dəyişikliyi və onların su ehtiyatlarına təsiri, sudan səmərəli istifadə kimi vacib mövzuları gündəmə gətirmişdir. İki günlük konfrans zamanı "Bir damcı" layihəsinin təqdimatı keçirilmişdir. Eyni zamanda Bakı Su Həftəsi Beynəlxalq Konfransında su təsərrüfatı sahəsinə aid startaplar təqdim olunub və qalib gəlmiş komandalar mükafatlandırılıb.

Bu sahənin ölkədə bundan sonrakı inkişafı, yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etmək məqsədilə keçirilən tədbir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 Yanvar 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri