Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır
Icma.az, Azertag saytına istinadən bildirir.
London, 16 avqust, AZƏRTAC
Böyük Britaniyada sentyabr ayında növbəti isti hava dalğasının müşahidə oluna biləcəyi proqnozlaşdırılır.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, ölkədə son həftələrdə hökm sürən rekord dərəcədə isti və quraq hava şəraitindən sonra gələn həftə temperaturun aşağı düşəcəyi gözlənilir.
Bununla belə, meteoroloqlar yayın sonunda, ölkə meteoroloji payıza keçərkən, xüsusilə Böyük Britaniyanın cənubunda yenidən isti hava dalğasının yarana biləcəyi barədə xəbərdarlıq ediblər. Avqustun 30-dan sentyabrın 13-dək olan dövr üçün uzunmüddətli proqnozunda bildirilir ki, xüsusilə cənub bölgələrində mövsüm üçün qeyri-adi isti hava şəraitinin və ya isti hava dalğalarının müşahidə olunması ehtimalı var.
Proqnoza əsasən, ölkənin cənub və şərq hissələrində daha quraq və sabit hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Ümumilikdə temperaturun mövsüm normasına yaxın və ya ondan yüksək olacağı ehtimal edilir. Xəbərdarlıq İngiltərənin təxminən dörddə üç hissəsinin və bütün Uelsin quraqlıq şəraitində olduğu bir vaxta təsadüf edir. İyul ayı isə müşahidələr tarixində ən quraq iyul kimi qeydə alınıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 16 Avqust 2026 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















