SEPAH dan xəbərdarlıq Heç bir tanker icazəsiz keçə bilməz
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
SEPAH Hörmüz boğazında üç neft tankerinin minalanmış marşrutdan istifadə etməyə cəhd göstərdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin yaydığı 43 saylı bəyanatda bildirilib.
Məlumata görə, tankerlər "ABŞ ordusunun təhriki ilə" minalanmış marşrutdan istifadə etməyə cəhd göstərib. Nəticədə gəmilərdən birində güclü partlayış və yanğın baş verib, digər iki tanker isə dərhal geri dönərək ərazini tərk edib. Ekipaj üzvlərinin vəziyyəti və gəmilərə dəyən ziyanın həcmi barədə hələlik rəsmi məlumat verilməyib.
Bildirilib ki, SEPAH Hörmüz boğazının tam nəzarət altında olduğunu vurğulayaraq, ABŞ-nin "təxribatları" davam etdiyi müddətdə boğazın gəmi keçidləri üçün bağlı qalacağını bəyan edib. Qurum, İran İslam Respublikası ilə koordinasiya edilmədən heç bir tankerin boğaza daxil ola və ya oranı tərk edə bilməyəcəyini açıqlayıb.
Açıqlamada həmçinin ABŞ-nin ticarət gəmilərini təhlükəyə atdığı, qlobal enerji təhlükəsizliyini riskə məruz qoyduğu iddia olunub. İran tərəfi son pozuntuya görə cəza əməliyyatının keçiriləcəyini də bəyan edib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 İyul 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















